
- A-
- A
- A+
Köşə
21:48 / 10.09.2015
3 dəq oxunma
Qaçmağa məhkumlar...
Hazırda oxunan: Qaçmağa məhkumlar...
94857
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bəri başdan qeyd edim ki, bu, idman yarışı yox, ölkədən gedənlərin qaçışıdı. Abır-həya və utanmaq kimi insani hislərdən məhrum olan bu toplum, bu qaçışlarının, ölkələrindəki acınacaqlı durumun da “günahını”x9d bizdə görürlər. Belə ki, erməni mətbuatı tez-tez Serj Sarkisyanın “giley”x9d dolu fikirlərini “sitat”x9d gətirərək qeyd edir ki, bəs Azərbaycanın “günahı”x9d üzündən ölkələri regional layihələrdən kənarda qalıb, beynəlxalq ictimaiyyət isə susur. Qələtə bax, sən... “Utanmasan oynamağa nə var ki,”x9d- deyib dədələrimiz. Göründüyü kimi, bu toplumun “ali nümayəndəsi”x9d nə oynayanda utanır, nə də şər-böhtan danışanda xəcalət çəkir. Çünki bu toplum utanmaq hissindən məhrumdu. Bu “dəymə-düşər”x9d rəhbər, xələflərinin səhvini təkrarlayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlara başlayan məqamlarda aradan çıxanda, heç bir sözünə əməl etməyəndə, qonşu dövlətin ərazisinə göz dikəndə bilmirdi ki, ofsaytda qalacaq? S. Sarkisyan hakimiyyəti zəbt etdiyi üçün ölkəsində özbaşınalıq, hərc-mərclik baş alıb getdiyinə və işğalçılıq mövqeyindən daşınmadığına görə nə vaxtsa özü qınaq obyektinə çevriləcəyini yəqin ki, ağlına gətirmirmiş. Siyasi ekspertlərin fikrincə, sadə Ermənistan vətəndaşları da, müxalifət nümayəndələri də, eləcə də hakimiyyəti təmsil edən bir çox qurumlar da indiki iqtisadi tənəzzül şəraitində ölkələri haqqında qeyri-nikbin əhval-ruhiyyədədirlər. Ümumiyyətlə, S. Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda iqtisadi artım 2,4%-ə qədər azalıb, işsizliyin səviyyəsi isə 38%-ə qədər yüksəlib. Rəsmi statistikaya görə son 10 ildə (2005-2015) Ermənistandan xarici ölkələrə kütləvi axın müşahidə olunur. Açıqlanan rəsmi məlumatlara görə, təkcə ötən il yeddi minə yaxın Ermənistan vətəndaşı xarici ölkələrdə qaçqın statusu almaq üçün müraciət edib. Olkə iqtisadiyyatının iflic vəziyyətdə olması əmək qabiliyyətli əhalinin böyük bir qismini miqrant kimi MDB və Avropa ölkələrinə üz tutmağa vadar edib. Beləliklə, 2008-2014-cü illərdə Ermənistanı 274 min 450 nəfər tərk edib. Indi demək olar ki, əsas mübahisə predmeti olan Dağlıq Qarabağda bir rayonun əhalisi qədər yaşayışçı yoxdu. Olanlar isə işğaldan sonra məcburi yerləşdirilənlərdi. Gün-güzəranları gündən-günə pisləşən bu biçarələr orada çox könülsüz yaşayırlar. Bunun da əsas səbəbi hər an həmin bölgələrdə hərbi əməliyyatların başlaya biləcəyidi. Suriyadan, İraqdan, Əfqanıstandan hərbi əməliyyat zamanı qaçmış insanlar belə Dağılıq Qarabağda məskunlaşmaq istəmirlər. Həmin insanlar bu “məskunlaşma”x9dnın müvəqqəti olacağını anlayırlar. Ona görə də, onlar heç bir “şirin”x9d vədə inanmır və başqa dövlətin işğal edilmiş ərazisində yaşamaq istəmirlər. Bu gün işğalçı ölkədə təhlükəli və gərgin proseslər gedir. Problemlər məngənəsində çabalayan Ermənistanda ardı-arası kəsilmədən mitinqlər, etiraz aksiyaları keçirilir və vətəndaşlar gerçəkdən ölkələrinin indiki iqtidar tərəfindən uçuruma yuvarlandığını anlayırlar. Və nə vaxta kimi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət irəliləyiş olmayacaq, işğalçı ölkədə “qaçış”x9d davam edəcək. Qaçsınlar... xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Namiq Dəlidağlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































