Hinduların məhvi üzərində qurulan imperiya

Hinduların məhvi üzərində qurulan imperiya

Hazırda oxunan: Hinduların məhvi üzərində qurulan imperiya
93503
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün ABŞ bütün dünyada demokratiya və insan hüquqları axtarır. İnsan azadlıqları yoxdur, deyə Şərq dünyasını, özəlliklə müsəlman dövlətlərini işğal edir. Onun guya, mədəniyyət gətirdiyi coğrafiyalarda isə qan su yerinə axır.

Bəs əslində ABŞ-ın bu cür hümanizm duyğularından danışmağa nə qədər mənəvi haqqı var? Bu suala cavab vermək üçün onun yaranış tarixindən bu günə qədər keçdiyi yola ötəri nəzər salmaq kifayətdir. Çünki hər bir nəsnə öz qurulduğu özüldən kənara çıxmır, fundamental mahiyyətini itirmir. Necə deyərlər, ot öz kökü üzərində bitir. Bəs, ABŞ-ın kökündə nə dayanır?

XV əsrə qədər  Amerika qitəsi haqqında heç kimin bir məlumatı yox idi. O dövrün macərapərəst insanları yeni torpaq əldə etmək üçün çox dəridən ”“ qabıqdan çıxırdılar. Amerika qitəsin kəşf edən Kolumb yeni torpaq kəşf etdiyini heç vaxt bilmədi. Əslində X. Kolumb yeni torpaq kəşf etməyə yox, Hindistana dəniz yolu kəşf etməyə gəlmişdi.

Amerikada qul alverinin təməlini elə X. Kolumbun özü qoydu. Onun  silahdaşları Kolumba 500 hindu tutmaq və onları Sevilyada qul kimi satmağı təklif etdilər. Həyata keçirilən bu təklifdən Kolumb özü bir fayda görməsə də, silahdaşları olan yəhudilər xeyli qazanc əldə etdilər və bununla da Amerikada qul alveri erasının əsasını qoydular.

Yəhudi iş adamları burada da çoxlu spirt zavodları inşa etdib  həmin zavodların məhsulu Afrikaya göndərir və orada qullarla dəyişdirilirdi. Bu mübadilə nəticəsində əldə edilən qullar təkcə cənubdakı plantasiyalara göndərilirdilər. Onlar üçün afrikalılar vəhşi heyvanlar, yaxud qara mal kimi bir şey idi. Məsələn, 18-ci əsrdə qul alveri sistemi aşağıdakı şəkildə idi:

1. Afrika ərazisində qul alverçilərinin faktoriyaları yaradılır və bunlar zənciləri istənilən yolla (zor gücünə, aldatmaqla, sərxoş etməklə) ələ keçirərək, buxova və ya qandala salırdılar.

2. ABŞ-dan spirtlə dolu gələn gəmilərdəki «odlu su» boşaldıqdan sonra biçarə zənciləri gəmi ambarlarına doldururlar, yeməyi və suyu isə adam keçə bilməyən kiçik dəliklərdən ötürürdülər. Amerikaya yollanmazdan əvvəl kapitanlar qul alverçiləri ilə hesablaşırdılar ”“ hər bir zənci üçün su qatılmış 40 litr spirt (əsasən, rom şəklində), yaxud 40 kq barıt, ya ad 18-20 dollar pul verilirdi.

3. Qul daşıyan gəmilər ABŞ-a gəlir və burada zəncilər pərakəndə satış şəbəkəsi vasitəsilə bütün ölkə ərazisində satılırdı. Bir qulun qiyməti 2000 dollara qədər çatırdı. Artıq 18-ci əsrin axırlarında ABŞ-ın şərq ştatlarının hər səkkizinci sakini qul-zəncidən ibarət idi.

Qul alverçiləri zəncilərin o dövr üçün çox yüksək olan qiymətini onların Afrikadan ABŞ-a gəlib çatanadək çox qırılmaları ilə əsaslandırırdılar. Həqiqətən də, tarixi mənbələrin məlumatlarına görə, hər on zəncidən ABŞ sahillərinə yalnız bir nəfər sağ gəlib çıxırdı. Yalnız XV ”“ XVII  illər ərzində Afrikadan ABŞ-a 1 milyona yaxın zənci göndərilmiş, 9 milyondan artıq zənci isə yolda ölmüşdü. Bu əməliyyatlardan  qul alverçiləri 18-ci əsrin ortaları üçün astronomik olan gəlir əldə etmişdilər - ən azı iki milyard dollar. Bu gəlir istismarçı iqtisadi kapitalın möhkəmlənməsinə xidmət göstərmişdi.

İstismarçılar silah gücünə məhv edə bilmədikləri hindu tayfalarını hiylə və məkr vasitəsilə qırırdılar. Bu yolda ən geniş yayılmış üsullar hindulara qara çiçək, yaxud başqa dəhşətli xəstəliklər yoluxdurulmuş yorğançaların, həmçinin zəhərli arağın satılması idi.Hindulara məxsus torpaqları ələ keçirən işğalçılar yerli əhalinin özünü əcnəbi eá¾½lan etdi. ABŞ qanunlarına görə (1924-cü ilədək qüvvədə olub), hindular bu ölkənin vətəndaşları sayılmırdılar və heç bir hüquqa malik deyildilər.

ABŞ hökuməti hindu tayfalarını zor gücünə uzaq qərbin o zamanlar boş çöllüklərdən ibarət olan ərazilərinə köçürtdürürdü. Zorla köçürtdürməyə ABŞ-ın cənub şərqində beş böyük tayfa, o cümlədən Çirokilər də məruz qaldı. Hinduları qırdıqdan və onların ərazilərini ələ keçirdikdən sonra da dövlət qəddar işğalçılığını və dünyanı qana qərq etməsini davam etdirdi. ABŞ, İspaniyanın əlindən Floridanı, Meksikadan isə Texasın nəhəng ərazilərini zor gücünə aldı. Daha sonra ABŞ yeni təcavüzə əl ataraq, Meksikanın yeni ərazilərini”’Yeni Meksikanı və Şimali Kaliforniyanı da ələ keçirdi. Xaincəsinə hücum sayəsində ABŞ İngiltərənin onun xeyrinə imtina etməsinə nail oldu. 1848-ci ildən sonra ABŞ Kanadadan Meksikaya qədər bütün ərazilərə Sakit okeanının sahili boyunca uzanan geniş torpaqlara yiyələndi. 1776-cı illə müqayisədə ABŞ-ın ərazisi yeddi dəfə böyüdü.

Bir dövlət kimi ABŞ quldarlıq və zəncilərin amansız istimarı üzərində təşəkkül tapıb. Amerika milləti bu ölkənin həqiqi sahibləri olan 100 milyondan artıq hindunun canı, qanı, torpaqları və əmlakı üzərində bərqərardır. ABŞ mətbuatı indi də hamıya təlqin etməyə çalışır ki, guya Amerika ağ kolonistlər tərəfindən əkinə yararlı hala gətirilib. Əslində isə torpaqların böyük əksəriyyəti onlardan çox-çox əvvəl hinduların özləri tərəfindən becərilirdi. Ağlar isə öz rifahlarını on milyonlarla hindu və zəncilərin qanı və iztirabları üzərində quran işğalçılar, qarətçilər və quldarlar kimi çıxış edirdilər.

Sonda onu da qeyd etmək yerinə düşərdi ki  Amerikalı adında bir millət yoxdur. Bu, sadəcə müxtəlif ölkələrdən gələnlərin məskunlaşdıqları böyük bir ərazidir. Əsas məsələ ondadır ki, Amerika möhkəm dövlətçiliyin fundamental təməlindən ”“ milli özəkdən, dövlətə məxsus xalqdan məhrumdur. Amerika xalqı adlandırılan keyfiyyət baxımından üzvi və özünəməxsus bir gerçəklik yox, bir-birinə yabançı olan şəxslərin süni toplumudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO