Şeytanın qandalları...

Şeytanın qandalları...

Hazırda oxunan: Şeytanın qandalları...
92138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
(Proloq əvəzi)


-   Oxu, gör nə anlaşılır?
-   Oxudum!
-   Anladın?
-   Yox!
-   Sevindim!
-   Niyə?
-   Anlamadığına...
-   Niyə?
-   Sadəcə, belə yaxşıdır...

Yoluxacağından qorxub anlatmadım.  Onda bu hislər olsaydı, anlayardı. Yaxşı ki, yoxdur!
 
Bu gecə yatmıram. Sabah səhər qolumdakı qandalları qırmağa gücüm çatmayacağını hiss elədiyim üçün. Oyanıb yenə köksümə çökmüş görəcəm onu: “Qalxma!”x9d Var qüvvəsiylə sıxacaq məni yumşaq yatağa, batıracaq bu yumşaqlığın dərininə. “Niyə qalxmalısan axı?”x9d Qollarımı hərəkət etdirəcəm onu köksümdən qoparıb atmaq üçün. Amma o, atacaq qolarımın hərəsini bir tərəfə heysiz, hərəkətsiz. O qədər sıxacaq ki öz ağırlığını köksümün üzərinə, ürəyim bulanacaq. Ürəyim təslim olacaq, amma ağlım daha inadcıldır. Əl atıb qoparacaq onu ayaqlarının artıq batmaqda olduğu ürəyimin içindən. Yerində bəlkə yenə o dərin oyuq qalacaq günün hansısa saatına qədər. Səma də öz qanlı gözləriylə pəncərəmdən boylanacaq, yenə şahidi olacaq ölümdən doğumumun...
Ağlım əlimdən tutub qaldıracaq məni şeytanın sevdiyi yatağımdan. “Getmə!”x9d deyib ardımdan çığıracaq. “Niyə getməlisən axı?”x9dBoynuma atacaq kəməndini. Yenə keçəcək o kəsici ilgəyi boğazıma. Boğulduğum an ürəyim çırpınacaq, son anındaymış kimi. Ağlımın əlləri qandallanmayıb hələ. Tutacaq kəsici ilgəyin iki tərəfindən. Əlləri kəsilib qanı axana qədər mübarizə aparacaq. O, axan qanın öz boğazından axdığını zənn eləyib  çığırıb qaçana qədər...
Əlimdən tutub qaçıracaq məni ağlım onun dərin quyu kimi qazdığı daş binanın içindən çölə. O isə aldandığını görüb buraxmayacaq peşimi. Qisas qandallarını alıb əlinə, əlimə, ayağıma keçirməyə çalışacaq. Bu dəfəki sözü “Etmə!”x9d olacaq. “Niyə etməlisən axı?”x9d Ürəyim gücdən düşmək istəyəcək. Ağlım nəfsimi köməyə çağıracaq. Nəfsim da süslənib gələcək yenə həyatın cilvəli baxışlarıyla...
“Onsuz da öləcəksən...”x9d fısıltısıyla əlində “məhəbbət”x9d qandalları, bir ömür sürünür arxamca “vəfalı dostum”x9d. Hərə öz bildiyi kimi sevir. O da belə... Nə etmək olar?!.
 
 
***
Yanaşı oturub susuruq.
Mən.., anlatsam da, məni anlamaq istəməyəcəyi üçün...
O..,  anlatmağımı istəmədiyi üçün...
Bir gün övladımla da yanaşı oturub susacağıq.
Sözsüz də bir-birimizi anladığımız, izaha bir şey qalmadığı üçün...
 
***
Söz...
Səni də yazıq etdik əlimizdə.
Lazım olmayan yerdə qazandıq.
Lazım olmayan tərzdə xırdaladıq.
Lazım olmayan adam üçün sərf etdik...
 
***
Eyni zamanda filoloq və yazar olmaq  mümkün olmur, deyəsən. Bu iki dildə eyni zmanda düşünmək kimi mümkünsüzlükdür, bəlkə. Ədəbiyyat oxuyub fililoq kimi düşünmək başqa məsələdir, yazar kimi başqa... Amma hər filoloq bir az yazar olmalıdır, hər yazar da bir az filoloq. Sadəcə, bir az... Filoloq üçün bir az məstlik, yazar üçün bir az ayıqlıq üçün.
Bundan artığı mümkün də olmur, onsuz da. Özünü incitməyə dəyməz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO