Aqibətin xeyirlisi

Aqibətin xeyirlisi

Hazırda oxunan: Aqibətin xeyirlisi
67329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
TGRT - nin o məhşur Yəhudi medya maqnatına satılmasının yolunu açan medya qanuna dəyişiklik edilməsinin sayın Ərdoğanın təkidiylə baş tutduğunu dünən Zamanın xəbərindən öyrənmişdik. Həm də bu iddianı Ak partinin ağsaqqallarından biri olan Nevzat Yalçıntaş hoca dilə gətirmişdi. Bu gün də Yeni Şafak qəzetindəki bir məqalədə Türkiyədə polis akademiyasında oxuyan ,camaatdan olan bir polisin etirafları yer alıb. O da imtahan soruları üçün kopyaları yenə camaatdan olan hocalarının onlara verdiyini deyib. Türkiyədə çox dəyərli bir insana bütün bu olanları sorduğumda demişdi ki qardaş çox təəsüf ki hər iki tərəfin bir biri haqqında dedikləri doğrudur. Hər işdə bir xeyir var deyiblər. Acınacaqlı olsa da bu qarşıdurmalardan millət həqiqətləri öyrənməyə başlayır. Bilirsiniz mi məni nə düşündürür . Bu gün məğribdən məşriqə hər tərəfdə dindarların halı çox pərişan. Biri cahiliyə dövründə hər cür qələt işləyərək sonra guya tövbə edib İslam adına adam öldürməyə başlayır və nəticədə minlərlə, milyonlarla müsəlman bu işin qurbanı olur, digəri müsəlman ölkəsində məktəb basıb yüzlərlə məsum şagirdi öldürür, başqa birisi məzhəb adına din adına nifrəti körükləyərək öz ölkəsində hər cür fitnələrə yol açır. Nəzir qutularının, yas məclislərinin arxasına sığınaraq Allahın ayələrini dəyər-dəyməzinə satmaq da ayrı bir "dindarlıq ".Saymaqla bitmir ki qardaşım. Görəsən biz niyə bu hala gəldik? Öncəkiləri üstün qılan dünya nemətlərinə bu qədər bağlı olmamaq,hikmət, elm, mərhəmət , şəfqət, xoşgörü niyə bizdə yoxdu? Əxlaqı Quran əxlaqı olan o rəhmət peyqəmbəri bizə belə bir dindarlıq mı öyrətdi? Bir zamanlar İndonezya kimi qoca bir ölkə oraya gedən müsəlman tacirlərin əxlaqına, dürüstlüyünə, xoşgörüsünə baxıb müsəlman olmadı mı? Bilirsiniz mi dostlar ən çox qorxduğum müsəlman ölkələrində insanların bir gün bəzi cami camaatlarının şərindən sənə sığınırıq Allahım deyə dua etmələridir. Məncə dünyada ən çirkin iş insanların ideallarına xəyanət etmək, din adına mənfəət əldə etməyə çalışmaqdır. Allah kimsəyə belə bir aqibət yasatmasın. Rəbbim bizləri də islah etsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO