Mövcud durumumuza şükür edək...-xa0 Ancaq mübarizə aparaq!..

Mövcud durumumuza şükür edək...-xa0 Ancaq mübarizə aparaq!..

Hazırda oxunan: Mövcud durumumuza şükür edək...-xa0 Ancaq mübarizə aparaq!..
261156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son dövrlərdə bir sıra “müsəlman” adlananlar İslamın öz mahiyyəti kimi, şükür etmək, səbir etmək, cihad etməkxa0 və s. kimi anlamları da yanlış başa düşürlər. Bu daxa0 müsəlman ölkələrində bir sıra səhv siyasi, mədəni, ədəbi və s. tendensiya və cərəyanların formalaşmasına gətirib çıxarır...

xa0

***

xa0

Şükür etmək -bəzilərinin anladığı kimi, zülmə, haqsızlığa, hədsiz yoxsulluğa dözərək susmaq deyil. Şükür- etmək Yaradan qarşısında bizim borclarımızdandır. Dünyaya gəlişimizə, varlığımıza, valideynlərimizə, övladlarımıza, əlimizə yetən maddi-mənəvi nemətlərə şükür etmək vacibdir. Ancaqxa0 heç bir hərəkət etmədən, mübarizə aparmadan, ətalət içində şükür etmək əsla doğru deyil... Bərəkət –hərəkətdədir. Həm maddi mövcudluq, həm sağlamlıq, həm də mənəvi-ruhi, milli inkişaf baxımından...

xa0

***

xa0

Dözmək, səbr etməyin də bir formulu, həddi-hüdudu var. Qərbdən bizə sırınan tolerantlıq, multikulturalizm kimi yanlış dəyərsizliklərlə bizlərə ətrafımızdakı, cəmiyyətdəki əxlaqsız, qeyri-insani, anti-bəşəri, anormal əməl,xa0 davranış, geyim, yaşayış tərzinə dözməyi, susmağı öyrətməyə çalışırlar... Telekanallarda fahişəliyi,xa0 “qoluboy”luğuxa0 açıq şəkildə təbliğ edirlər, küçələrdə qumarxanalar, şərabxanalar baş alıb gedir –buna “hər kəsin öz seçimidir” deyərəkxa0 dözməli, susmalısan... Hətta öz qızın, bacın, arvadın, oğlun açıq-saçıq geyinərək, alkoqol içərək günlərini gecə klublarında keçirirsə, sən “azad insandırlar, öz seçimləridir” deyərək susmalı, “səbir” etməlisən...

Bu cür tendensiyalar məhz müsəlmanlığı, türklüyü, təbii insan nəslini məhv etməyə yönəlib...

xa0

***

xa0

Dünya həyatında qarşına çıxan gerçəkliklərə, çətinliklərə qarşı xa0xa0şükür, səbir, dözümxa0 normal haldır. Fəqət, bu şərtlə ki, sən mübarizə aparasan, özü də halallıqla... Yalnız halal, dürüst mübarizə şəraitində edilən şükür, səbir, dözüm qəbulediləndir...

xa0

***

Bu mövzularda dəfələrlə söhbətləşdiyimiz rəhmətlik Bəxtiyar Vahabzadənin bir beytini yenə xatırlatmaq istəyirəm:

Düzlük istəyənin ən əvvəl özü,

Əgər düz olmasa- vay o düzlüyə...

xa0

***

xa0

Çağdaş dünyada, o cümlədən Azərbaycanda belə hallara çox rast gəlirik. Görürsən, özü dələduzluqla, saxtakarlıqla məşğul olanın biri qəflətən meydana çıxıb korrupsiyaya qarşı mübarizədən, demokratiyadan, insanpərvərlikdən, xeyirxahlıqdan dəm vurur... Və təəssüf ki, belələri bir çox hallarda arxalarındakı güclər, paralar hesabına özlərini reklam edə-edə məşhurlaşır, xa0hakimiyyətə yiyələnir və s. Qərb dermokratiyası da,xa0 Şərq despotizmi də müəyyən “qanunlar” çərçivəsində “məqsədin vasitəyə haqq qazandırdığı” bu cür simasız mübarizə yolunu qəbul edir, ancaq İslam bunu tamamilə rədd edir...

xa0

***

xa0

Haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə isə ilk növbədə özümüzdən başlamalıyıq. Öncə öz daxilimizdəki şəri, şeytani qüvvəni susduraraq Allah yolu ilə getməyə çalışmalıyıq ki, sonra cəmiyyət, ölkə və dünyadakı iblisanə güclərə qarşı savaş açaq...

xa0

***

xa0

Öncə öz nəfsimizə qalib gəlməliyik ki, bizdən var-dövlət, vəzifə baxımından güclü olanların qarşısında gözükölgəli olmayaq. Bu da Allahın buyruqlarına, əmrlərinə zidd əməl və nemətlərdən mümkünxa0 qədər uzaq durmaqdan başlayır. Məsələn, bilirsən ki, Yaradanımız sələmi, faizi haram buyurub. İfrat ehtiyacın olmadığı təqdirdə sələmə, kreditə pul götürmə ki, əvvəla, oliqarx sələmçilər sənin hesabına daha da varlanıb harınlamasın, həm də sabah faizlə borclu qalıb həmin oliqarxların banklarının qarşısında, məhkəmələrdə boyun bükməyəsən... Və yaxud haram araqdan içib niyə maşınla qəza törədirsənxa0 və ya küçədən keçən birinə kəllə atırsan ki, polisə, prokurora düşəsən?..

xa0

***

xa0

Cəmiyyəti dəyişmək üçün ilk növbədə özünü dəyişməlisən. Və Allah-Təala Qurani-Kərimdə(Rədd surəsi, 11-ci ayə) əbəs yerə buyurmur ki, bir cəmiyyət özü-özünü dəyişməyincə Allah da onu dəyişməz...xa0

xa0

***

xa0

Əgər biz özümüz günah içindəyiksə vəxa0 haram əməllərə həvəslə davam ediriksə, zülmkarlara qarşı apardığımız mübarizə müsbət nəticə verməyəcək. Əgər azadlıq mübarizəsinin başında özgə şər qüvvələrlə şərik olan bir qatı günahkar dayanırsa, bu, mübarizənin yekunu bir günahkarın yerinə başqa bir günahkarın, bir zülmkarın yerinəxa0 digər bir zülmkarın gəlməsi ilə nəticələnəcək...

xa0

***

xa0

Mövcud durumuna, iqtisadi, maddi vəziyyətinə şükür etməlisən, fəqət həmin durumu halal, dürüst yollarla daha da yaxşılaşdırmaq üçün, sənin halal yaşayışına əngəlxa0 olanlara, sənin halal haqqını tapdayanlara qarşı daim mübarizə aparmalısan... Biri hər hansı bir sənəd üçün səndən rüşvət istəyirsə, onu qanunla susdur. Əgər işini vaxtlı-vaxtında, keyfiyyətlə görürsənsə, amma müdirin, rəisin maaş alanda səndən “yuxarılara vermək” üçün “haqq” tələb edirsə, sən də öz haqqını tələb elə...

xa0

***

xa0

Əgər maaşın dolanışığın üçün kifayət etmirsə, digər həmkarlarınla birləşib müvafiq instansiyalar qarşısında qanuni şəkildə tələblərini qoy, müraciət yaz, teleqram vur. Yoxsa bunun əvəzindəxa0 müdirinə rüşvət verib özünə dolayı yollarla saxta gəlir-filan yazdıracaqsansa, elə sən də oldun həmin rüşvətxor müdirin və ondan yuxarıdakı korrupsionerlərin tayı... Və bu halda sən heç kəslə açıq, cəsarətlə mübarizə apara bilməyəcəksən...

xa0

***

xa0

Biz kiçik hesab etdiyimiz günah və cinayətlərimizlə korrupsioner, sələmçi oliqarxiyanı qidalandırırıq, yemləyirik...

xa0

***

xa0

Korrupsioner şəbəkələr daimxa0 mövcud qanunları cüzi əmək haqlarına müvafiq elə tənzimləməyə çalışır ki, vətəndaşlar həmin maaşlarlaxa0 dolana bilməmək ucbatından məcbur olub həmxa0 müdirdən, direktordan, rəisdən tutmuş nazirədək yuxarıları rüşvətlə təmin etsinlər, həm də özləri qanunları pozaraq cüzi də olsa, əlavə gəlirlər əldə etdiklərinə görə hökumət qarşısında gözükölgəli qalsınlar. Bunu “isbatlamaq” üçün isə vaxtaşırı yoxlamalar-filan keçirilir və çox vaxt adi fəhlə, müəllim, həkimin də “korrupsiya ilə məşğul olduğu” aşkarlanır... Bir sözlə, korrupsionerlər vətəndaşlara dolayısıyla deyir ki, siz hamınız bizimlə “şəriksiniz”, hamınız “cinayətkar”sınız- səsinizi çıxarmayın...

Odur ki, hər kəs nəfsini saxlayıb, aza qane olaraq fədakarlıq etməklə qanunsuz işlərə qol qoymamalı və bunun əvəzində cəsarətlə haqlarını tələb etməlidir...

xa0

***

xa0

Nə qədər ki, əksəriyyət “əlində fürsət varkən sən də qaz vur-qazan doldur” əqidəsi ilə yaşayacaq, rüşvət verib “bir babat vəzifəyə gedib, oradan da pillə-pillə yüksəlməyə(?)” çalışacaq, korrupsioner şəbəkələr nəinki yıxılacaq, daha da güclənəcək... Çünki həmin əksəriyyət korrupsioner məmurları söysə də, qəlbinin dərinliyində nəfsinin, Şeytanın təlqin etdiyi “kaş ki, mən də onların yerində olub yeyib-dağıdaydım, özümə, övladlarıma, qohum-əqrəbama villalar tikdirəydim...” fikrinə təslim olur...xa0

xa0

***

xa0

Nisbətən sabitxa0 hər hansı müsəlman ölkəsində on illərlə taladıqlarının əllərindən çıxmasından ehtiyat edənxa0 korrupsioner oliqarx şəbəkəsi tərəfindən məzlum kütlələrin arasına belə bir düşüncə də təlqin edilir: “Görmürsüz, Suriya, Yəmən, Liviya, Əfqanıstan nə gündədir, gərəkxa0 bizi də onların gününə salalar, şükür edin, oturun yerinizdə...”

xa0

***

xa0

Bəli, şükür etməliyik ki, ölkəmizdə Suriya kimi vətəndaş müharibəsi getmir, başımıza bombalar yağmır, ailəmizi, övladlarınızı itirmirik, qaçqın düşmürük.xa0 Ancaq ölkədəki sabitlik kimlərəsə haqq vermir ki, yeraltı-yerüstü sərvətlərimizi istədikləri kimi talasın, milyardları sağa-sola dağıtsınlar, məmurlar, bölgə başçıları özbaşınalıq etsin, məhkəmələr, hüquq-mühafizə orqanları haqqımızı tapdalasın və biz də bütün bunlara şükür edək, susaq, dözək.xa0 Deyək ki, “buna da şükür” və sonsuzadək səbir edək...

xa0

***

xa0

Əgər dövlət başçısı özüxa0 illərdir, dəfələrlə deyirsə ki, ay vətəndaşlar, korrupsiyaya qarşı, məmur özbaşınalığına qarşı mübarizədə xa0bizə dəstək olun, biz niyə sakit dayanmalı, rüşvətxorluğunu gözümüzlə gördüyümüz müdirə, direktora, başçıya, nazirə və s. boyun əyməli, onlardan haqqımızı tələb etmək əvəzinə onlara “haqq” verməliyik? İstəmirsiz, ölkədə korrupsuya, rüşvətxorluq maksimum azalsın, qiymətlər ensin, maaşlar maksimum qalxsın, firavanlıq olsun? İstəyirsizsə, onda gəlin, sabahdan hər birimiz vətəndaş olaraq prinsipial, qətiyyətli olaq, heç kəsdən heç nə almayaq, heç kəsə də heç nə verməyək. Müdirdən, direktordan, rəisdən haqqımızı tələb edək. Birinin bir haram, cinayət işini görən kimi “qaynar xəttə” zəng edək, Prezidentə şikayət yazaq və məqsədimizə çatmayınca əl çəkməyək, geri şəkilməyək. Bu şərtlə ki, özümüz fırıldaq, dələduz, əliəyri, rüşvətxor olmayaq, söydüyümüz, şikayət etdiyimiz xa0başçının, nazirin yerinə keçməyə çalışmayaq... Əlimizdə olana, ehtiyacımızı ödəyəcək aza qane olaq və lüzumsuz yerə banklardan kredit götürüb harınlamışları daha da harınlatmayaq. Bunları etsək, onda görün, ölkədə barmaqla sayılası rüşvətxor, korrupsioner qalır, yoxsa yox...

Əks halda, bir qarın çörək, bir balaca kürsü üçün hərəmiz bir yana çəkilib milçəyimizi qoruyaraq “haqqımızı” alıb-verib, insani haqqımızdan əl çəkib oliqarxiyanın “damarlarını” qidalandıracağıqsa, korrupsiya da davam edəcək, özbaşınalıq da...

xa0

***

xa0

Allah-Təala əbəs yerə buyurmur: “Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!”(Qurani-Kərim, Əl-Maidə surəsi, 45-ci ayə).

xa0

Sultan Laçınxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO