Səudlarda “update”x9d...

Səudlarda “update”x9d...

Hazırda oxunan: Səudlarda “update”x9d...
198197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri bir daxili “yenilənmə”x9d kimi də qəbul etmək olar. Səudlar bu yenilənməyə getməyə məcbur idilər, bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu. Əslində dəyişikliyin əsası hələ iyun ayında qoyulmuşdu. Həmin zaman Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud şahzadə Məhəmməd bin Naifi vəliəhdlikdən uzaqlaşdırıb. Şahzadə bin-Naifin yerinə kral Salman özünün 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin etdi.xa0

Diqqətli oxucularımız xatırlayırsa, elə o zaman da birmənalı şəkildə vurğulamışdıq ki, Vəliəhdin dəyişməsi Səudiyyə Ərəbistanının regionda baş verən proseslərə daha çevik və hətta sərt münasibət bəsləyəcəyinin göstəricisi kimi qiymətləndirilə bilər.xa0

Məhəmməd bin Salman İrana qarşı daha sərt mövqeyi ilə seçilən bir vəliəhddir. Qətər böhranının davam etdiyi və Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərinin daha kəskin şəkil aldığı bir vaxtda vəliəhdin dəyişməsi sıradan bir hadisə deyildi.Yəni bunu yalnız ailədaxili rəqabət kimi qiymətləndirmək olmazdı. Bu həm də İslam ummasının içində ciddi siyasi və ideoloji gücü və dayaqları olan bir ölkənin xarici siyasətinin dəyişəcəyi ilə bağlı məsələ idi. Bu ilk növbədə İrana münasibətdə özünü göstərəcəkdi. Belə də oldu. Bu barədə hələ qabaqda danışacağıq...

Lakin yeni və regionda itirilmiş mövqelərin qaytarılmasını hədəfləyən sərt xarici siyasət kursunun davamlı və əsaslı olmasını şərtləndirən ən vacib məqam, şübhəsiz ki, daxildə münbit mühitin təmin edilməsidir. Beləliklə də Məhəmməd bin Salmanın “korrupsiya ilə mübarizə kampaniyası”x9d start götürmüş oldu. 10 şahzadə və 12 keçmiş nazir həbs edildi. Həbs edilənlər arasında istər hərbi dairələrdə nüfuzu (Milli Qvardiya naziri, şahzadə Mitəb ibn Abdullah və hərbi dəniz donanmasının komandanı, admiral Abdullah ibn Sultan ibn Muhəmməd əl-Sultan), istərsə də ciddi iqtisadi kapitalı olan (Vəlid bin Talal, Məhəmməd əl-Amudi, Saleh Kamil, Süleyman əl-Rajhi, Bəkr bin Ladi) şahzadələr də, əslində həm də taxta gedən mürəkkəb yolda rəqiblər də var. Hələ bu azmış kimi, vertolyot qəzasında ölən şahzadə (Mənsur bin Muqrin) də var, onu həbs etməyə gələn təhlükəsizlik qüvvələri ilə mühafizəçilər arasında çıxan qarşıdurma zamanı öldüyü bildirilən şahzadə (Əbdüləziz bin Fəhd) də. Və bütün bu olanların fonunda Amerikanın dövlət orqanları, xüsusilə də hərbi və kəşfiyyat strukturlarının hər zaman dəstəyini qazanmış olan məhşur “Vaşinqton Post”x9dda vurğulanır ki, ibn Salman yeni ölkə yaratmaq niyyətindədir.xa0

Hazırda Səudların daxilində baş verənləri belə xarakterizə etmək olar: Səudiyyə Ərəbistanında ənənəvi idarəetmə sistemi tamamən sırada çıxarılır. Şahzadə ailədəki siyasi rəqiblərini sürətlə zərərsizləşdirərək, icraedici hakimiyyəti ələ keçirir və öz sistemini formalaşdırır. Şübhəsiz ki, bu zaman amerikalıların baş verən dəyişiklikləri dəstəkləməsi də ön plandadır. Tramp vəliəhdi övgü ilə təqdim edir. Amerikalılar qarmaqarışıq Yaxın Şərqə yeni siyasi lider və ölkə hazırlamaqdadırlar. Şahzadə Məhəmməd təqribən 20 gün əvvəl nüfuzlu “The Guardian”x9da müsahibəsində bildirir ki, Ərəbistan vaxtilə olduğu kimi mülayim, bütün dünyaya və dinlərə açıq olan İslama qayıdır. Əslində şahzadənin ölkənin “mülayim islama keçəcəyi”x9d barədə çıxışı yeni imicin vacib elementidir. Təbii ki, bu imici möhkəmlətmək üçün icraatlar da var: Uzun illərdən sonra qadınlara seçkilərdə iştirak hüququ verilir, qadınların avtomobil sürməsinə icazə verilir və s.xa0


Şübhəsiz ki, daxildə gedən bu dəyişiklikər istər-istəməz öz xarici təsirlərini də göstərmiş olur. Diqqət edin: Səudların daxilində korrupsiya həbslərinə paralel olaraq İranın dəstəklədiyi Husilər Yəməndən Səudlara ballastik raket “yollayırlar”x9d. Və bütün bunlar isə Livanın baş naziri Saad Hariri isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa verdiyini açıqlaması, İranın bölgədəki siyasətini və Livandakı "Hizbullah" hərəkatını ciddi tənqid etməsi, rəsmi Tehranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham etməsi fonunda baş verir. Və ən maraqlısı bütün bunlardan sonra, livanlı eks-baş nazir, Qətər böhranından bu yana Yaxın Şərqin az qala “boz kardinalı”x9d funksiyasını yerinə yetirməkdə olan Birləşmiş Ərəb Əmirliklərinə yola düşür. Bu həmin BƏƏ-dir ki, Qətər böhranında da bütün ipləri öz əlində cəmləşdirmişdi və Amerikanın ərəb dünyasında faktki olaraq ciddi strateji müttəfiqi hesab edilir.xa0

Əslində ilk baxışda “ərəb saçı”x9d kimi qarışıq olan son ərəb hadisələri, regionda yeni siyasi dövrün başlanğıcının göstəriciləridir. Bölgədə mövqelərini gücləndirməyə müvəffəq olmuş İran və eləcə də son manevrləri ilə üstünlüklər əldə etmiş Türkiyəyə alternativ və eləcə də İslam sivilizasiyasında ənənəvi umma rəqabətində ərəb dünyası tərəfindən birmənalı dəstəklənməsi gözlənilən Səudlar yenilənmiş şəkildə meydana çıxmaqdadırlar. Bu həm “şiə inqilabı”x9dnın ixracatçısı olan İrana qarşı ənənəvi sünni cameənin dəstəkləyəcəyi qüvvə olmalıdır. Onlar həm də neo-osmançılıq vurğusana üstünlük verən rəsmi Ankaraya qarşı neo-Xilafət ənənəsini ortaya qoyacaq peyğəmbər əmanətinin “qoruyucularıdır”x9d. Təbii ki, Qərbə də yönəlik mesaj var: mülayim islam.

Bir sözlə müasir proqramçıların dili ilə desək, səudları “update”x9d edirlər, ne deyirik, xeyirli olsun...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO