
- A-
- A
- A+
Kriminal
01:37 / 30.09.2015
1 dəq oxunma
Ukraynada iki mindən çox uşaq hərbi cinayətlərin qubanı olub - ŞOK İDDİA
Hazırda oxunan: Ukraynada iki mindən çox uşaq hərbi cinayətlərin qubanı olub - ŞOK İDDİA
98068
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Moderator.az Prava.ru-ya istinadən xəbər verir ki, Ukraynada iki mindən çox uşaq hərbi cinayətlərin qubanı olub.
Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bıstırıkin bu gün Ukraynanın cənub-şərqində, hərbi cinayət faktları üzrə, o cümlədən uşaqlara qarşı törədilmiş 50-dən çox cinayət işinin müstəntiqlərin icraatında olduğunu bildirib.
İstintaq Komitəsinin mətbuat xidmətinin saytında deyilir ki, cinayət işlərində mülki şəxslərin öldürülməsi və qadağan olunmuş vasitə və metodlarla müharibə aparılması faktları yer alır.
İki mindən artıq uşaq Ukraynada hərbi cinayətlər üzrə zərəçəkmiş şəxslər qismində tanınıb. İstintaq Komitəsinin sədrinin sözlərinə görə, onun təmsil etdiyi qurum lap əvvəllərdən Ukraynanın cənub-şərqindən olan bütün yeni-yetmə qaçqın uşaqların himayəsini təşkil etmiş və onların ailələrinə qayğı göstərmişdir.xa0
Aleksandr Bastırıkin uşaqlara ixtisaslı və professiaonal yardım göstərən milli tibbi palatanın prezidenti Leonid Ruşalyoya və bütün həkimlərə xüsusi minnətdarlığını bildirmişdir.xa0
Rusiyanın Federal Miqrasiya Xidmətinin məlumatına görə, təkcə Ukraynanın cənub şərq bölgələrindən 1.1 milyon uşaq olmaqla xa02.6 milyon Ukrayna vətəndaşı Rusiya ərazisindədir. Yaradılmış 338 müvəqqəti yerləşdirmə məntəqələrində 19 min Donetskli yerləşdirilib ki, bunların da 6 minə yaxını uşaqlardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































