Kütləvi dava qətllə başa çatdı - Nabranda 
 -VİDEO

Kütləvi dava qətllə başa çatdı - Nabranda -VİDEO

Hazırda oxunan: Kütləvi dava qətllə başa çatdı - Nabranda -VİDEO

84921



Moderator.az-ın verdiyi xəbərə görə, ötən gecə Xaçmazda qətl hadisəsi baş verib. Hadisə rayonun Nabran istirahət zonasındakı “Dostluq”x9d turizm bazasının ərazisində qeydə alınıb. 



Hadisə şahidlərinin bildirdiyinə görə, gənclər arasında baş verən kütləvi dava qanlı sonluqla nəticələnib. Münaqişə zamanı 26 yaşlı Xaçmaz şəhər sakini Məmmədov Famil Fərhad oğlu qətlə  yetirilib. Mərhumun taksi sürücüsü olduğu və bir bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilib.



Nəzir Səmədov - hadisə şahidi: "Uzaqdan gördüm ki, orada dava qopdu. Sillə, təpik, yumruq... Onların içərisindən dolu-fason bir oğlan ayrıldı, qaçıb gəldi, burada yıxıldı. Elə bildim ki, ayağı ilişib yıxıldı. Ayağa qalxdı, 10 metr sonra yenə yıxıldı. Yoldaşımı dedim ki, vallah, deyəsən, onu vurublar".



Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində Biləsuvar rayon sakini Abbaslı Ramil Etibar oğlu saxlanılıb.



Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. (Region TV)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO