
- A-
- A
- A+
Kriminal
11:15 / 24.06.2015
1 dəq oxunma
Goranboyda doğuş faciəsi -Ana və uşaq öldü
Hazırda oxunan: Goranboyda doğuş faciəsi -Ana və uşaq öldü
82776
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gecə Goranboyda doğuş zamanı ana və uşaq ölüb.
Modern.az xəbər verir ki, hadisə Goranboy rayon xəstəxanasında baş verib.
Məsələ ilə bağlı xəstəxananın şöbə müdiri İradə Həsənova qeyd edib ki, 1983-cü il təvəllüdlü Aslanova Nəcibə Şahmar qızı iyunun 22-də onlara çox ağır vəziyyətdə müraciət edib: “Xəstə bizə daxil olanda koma vəziyyətində idi. Həkim Məmmədova Şəhla tərəfindən təcili olaraq əməliyyata alındı. Lakin vəziyyəti ağır olduğu üçün həm Bakıdan, həm Gəncədən həkimlər çağırıldı. Amma gecə saat 3 radələrində ana keçindi”x9d.
İ.Həsənova uşağın da ölü doğulduğunu vurğulayıb: “Fermada yaşayan ailə olub və özünün hamiləliyindən də xəbəri olmayıb. İki böyük uşağı var. Hamiləlikdən xəbəri olmadığı üçün heç hara müraciət etməyib. Anasıgilə gələndə başağrısının olduğunu deyib. Anası həkimə aparmağa çalışsa da gəlin getməyib və qəfildən halı pisləşib. Anasıgil də təcili bura gətiriblər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































