Boşanmaq istədiyi üçün arvadını qəddarcasına öldürüb

Boşanmaq istədiyi üçün arvadını qəddarcasına öldürüb

Hazırda oxunan: Boşanmaq istədiyi üçün arvadını qəddarcasına öldürüb

624623

Aprelin 13-də saat 12:40 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

1986-cı il təvəllüdlü Aygün Yusifovanı kəsici-deşici alətlə qətlə yetirən həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov həm də onun xalası oğlu olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 azyaşlı övladı olan ailədə bir müddət imiş problemlər yaşanırmış. Ailədaxili münasibətlərin kəskinləşməsi səbəbindən bir neçə gün əvvəl Aygün Yusifova məhkəməyə boşanmaqla bağlı ərizə təqdim edibmiş. Məhkəmə ərizəni qəbul etsə də, iclas hələ keçirilməyibmiş.

Həyat yoldaşının addımından sonra İ.Yusifovun gözəllik salonuna gələrək ondan boşanmaq istəyən arvadını qətlə yetirməsi ehtimal edilir. Hadisədən sonra İ.Yusifov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.(qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO