Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Hazırda oxunan: Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

633074

Dünən ölkəmizə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyindəki ali dərəcəli qonaqlarımızı və ailə üzvlərini böyük ehtiramla qarşıladıq.

Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Prezident Adminstrasiyasının rəhbəri Səidə Mirziyayeva sosial mediada paylaşımında yazıb.

PA rəhbəri qeyd edib ki, ölkələrimiz unikal qardaşlıq bağları ilə bir-birinə bağlıdır.
 

"Bu səmimiyyət təkcə rəsmi əlaqələrdə deyil, həm də xalqlarımızın bir-birinə olan sonsuz sevgi və hörmətində hər zaman hiss olunur. Tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizdəki müştərəklik bu gün infrastrukturdan tutmuş investisiyalara qədər - bir çox sahədəki yeni birgə layihələr şəklində daha da zənginləşir.


Bu səfər çoxşaxəli əlaqələrimizin tarixində daha bir mühüm səhifə açdı. Müttəfiqlik münasibətləri haqqında müqavilə (Əbədi dostluq haqqında müqavilə) imzalandı və zənnimcə, bu sənədin elə adı belə bu gün Özbəkistan ilə Azərbaycanı birləşdirən bağların əsl mahiyyətini dəqiq ifadə edir. Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən hər zaman məmnunuq. Qapısı hər zaman üzünüzə açıq olan diyarımıza xoş gəlmisiniz, əziz qardaşlar", - deyə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO