Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinin həbs müddəti uzadılıb

Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinin həbs müddəti uzadılıb

Hazırda oxunan: Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinin həbs müddəti uzadılıb
622286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində həbs qətimkan müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxıb.

Məhkəmənin qərarı ilə Hicran Rüstəmov barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Hicran Rüstəmov ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə həbs edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Xatırladaq ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO