- A-
- A
- A+
Уголовное
00:38 / 15.09.2013
1 dəq oxunma
Yol polisi özünü güllələdi - EHTİYATSIZLIQ?
Hazırda oxunan: Yol polisi özünü güllələdi - EHTİYATSIZLIQ?
33841
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qazax rayonunda yol polisi əməkdaşının əlində açılan silah polisin özünə dəyib. Qazax rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin zabiti, Bakı-Qazax magistral yolunda xidmət edən 47 yaşlı Malik Qəhrəmanov silahla ehtiyatsız rəftar edən zaman özünə atəş açıb. Məlumata görə, güllə polis əməkdaşının qarın nahiyəsinə dəyib. Dərhal Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən zabitə tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu nəzərə alınaraq polis əməkdaşı Bakı şəhərində daxili işlər orqanlarının əməkdaşları üçün fəaliyyət göstərən hospitala aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































