Gömrükçülər külli miqdarda araq müsadirə edib

Gömrükçülər külli miqdarda araq müsadirə edib

Hazırda oxunan: Gömrükçülər külli miqdarda araq müsadirə edib

270917
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatı və spirtli içkinin realizə edilməsinin qarşısını alıblar.

DGK-dən Moderator.az -a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Hüquqpozmalarla mübarizə şöbəsinə Qazax-Bakı istiqamətində hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin Bakı Beynəlxalq Avtovağzalı istiqamətində daşınması və naməlum şəxsə satılacağı barədə məlumat daxil olub.xa0

Bu məlumat əsasında Bakı Beynəlxalq Avtovağzalı ərazisində əməliyyat tədbiri keçirilib. Əməliyyat qrupunun üzvləri avtobusun salon və baqajına ilkin baxış keçirərkən, həqiqətən avtobusda 3 ədəd karton qutuda və 23 ədəd sellofan torbada üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin olduğu müəyyən edilib.xa0

Sorğu-sual zamanı avtobusun sürücüsü tütün məmulatı və spirtli içkilərin Qazax şəhərində tanımadığı şəxs tərəfindən ona verildiyini və Xırdalan şəhərindəki Bakı Mühəndislik Universiteti yaxınlığında Qərib adlı şəxsə təhvil verilməli olduğunu bildirib.xa0

Beləliklə, əməliyyat tədbiri sonra sözügedən ünvanda davam etdirilib. Avtobus həmin ərazidə dayandıqdan bir neçə dəqiqə sonra ora "Lada" markalı minik avtomobili yaxınlaşıb. Həmin avtomobili idarə edən şəxs avtobusun salon və baqajında olan tütün məmulatı və spirtli içkiləri götürərkən saxlanılıb.xa0

Daha sonra DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində 3 ədəd karton qutuya və 23 ədəd sellofan torbaya təkrar baxış keçirilib. Bu zaman üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 73.800 ədəd müxtəlif markalı siqaret və hər biri 1 litr həcmində cəmi 30 ədəd müxtəlif adda spirtli içkilər aşkar olunub.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO