Rusiyada 15 yaşlı yeniyetmə oynadığı kompüter oyunundan təsirlənərək öldürməyin necə bir hiss olduğunu anlamaq üçün küçədə gördüyü gənc qadını bıçaqlayaraq öldürüb.
xa0
Moderator.az xəbər verir ki, 15 yaşlı yeniyetmə gənc qızı öldürməyin necə bir hiss olduğunu dadmaq üçün cinayəti törətdiyini etiraf edib.
Bankomatdan pul çıxaran gənc qadını izləyən yeniyetmə küçə ortasında onu yaxalayıb və bir neçə dəfə bıçaqlayıb. Polis qadının boynundan, gözlərindən, başından və sinəsindən bıçaqlandığını bildirib.

Açıqlamaya görə ən sevdiyi kompüter oyunundakı bir ssenarini canlandırmaq istəyən yeniyetmə bir mətbəx bıçağı götürərək küçəyə çıxıb və qurbanını müəyyən edərək ona hücum edib. Cinayətin son anları isə təhlükəsizlik kamerası tərəfindən qeyd edilib.xa0

xa0

Polis oğlanı həbs etməyə gələndə hər zamankı kimi ən sevdiyi kompüter oyununu oynadığını və orada birilərini öldürdüyünü deyib. Aleksey adlı oğlanxa0 "Bir insanı öz əllərinizlə qətlə yetirdiyiniz anı yaşamaq istədim" deyib.
Kamran



























































































