Oteldə başına oyun açılan vətəndaş daxili işlər nazirindən kömək istədi

Oteldə başına oyun açılan vətəndaş daxili işlər nazirindən kömək istədi

Hazırda oxunan: Oteldə başına oyun açılan vətəndaş daxili işlər nazirindən kömək istədi

208671
Cəlilabad rayon Maşlıq kənd sakini Şahbazov Elvin Balabəy oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda daxili işlər naziri Ramil Usubovdan kömək istəyib.

Müraciətdə deyilir:

Hörmətli cənab nazir!

Mən Şahbazov Elvin Balabəy oğlu Sizə bildirmək istəyirəm ki, ötən ilin iyul ayında öz kəndlim Namiq Kərimovla “Meyvəli”x9d bazarında qarğıdalı alveri edirdik. Kəndimizdən əkdiyimiz öz məhsulumuzu, həm də kəndlilərimizin məhsulunu alıb “Meyvəli”x9d bazarında satışa çıxarırdıq. Lökbatan qəsəbəsinin ərazisində fəaliyyət göstərən “Binə”x9d ticarət mərkəzinin ərazisində yerləşən “Binə 2”x9d otelində otaq kirayələmişdik. Gündüz alver edib, gecədə otelin 15-ci otağında qalırdıq. Bazarda Masallı rayon sakini Səfail Şahbazovla tanış olduq. S.Şahbazov taksi fəaliyyəti ilə məşğul idi. Gecə qalmağa yeri olmadığından bizdən xahiş etdi ki, gəlib bizim kirayələdiyimiz 15-ci otaqda qalsın. Biz də etiraz etmədik.xa0

Hörmətli cənab nazir!

Səfail Şahbazov bir müddət bizimlə otaqda qalandan sonra bizdən borca pul istədi və mən də pulumun olmadığını, olan pulumun ancaq alver üçün lazım olduğunu bildirib ona pul vermədim. Bir neçə gün sonra səhərə yaxın oyanıb gördüm ki, S.Şahbazov otaqda yoxdur. Tez gedib paltarımın ciblərinə baxdım və gördüm ki, cibimdə olan 1700 manat pul yoxdur. Dərhal çarpayıda yatmış şərikim Namiq Kərimovu da yuxudan oyadıb pulumun oğurlandığını bildirdim. Namiq Kərimov da dedi ki, pulu S.Şahbazov aparıb. On gün S.Şahbazovu axtardım, amma tapa bilmədim. Məsələylə bağlı Qaradağ rayon polis bölməsinə müraciət etdim. Polis S.Şahbazovu tapdı və biz üzləşdik. S.Şahbazov həm mənim, həm də şərikim N.Kərimovun üzünə durub deyir ki, guya biz pulu buna faizlə borc vermişik. Amma əslində belə deyil, o bizim pulumuzu gecə vaxtı cibimdən oğurlayaraq aradan çıxıb. Bu gün S.Şahbazov oğurluq hadisəsi törətməsinə baxmayaraq hələ də azadlıqda gəzir.xa0

Hörmətli cənab nazir!

Faktla bağlı Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə cinayət işi açılıb. İşin istintaqını polis kapitanı müstəntiq Tural Alıyev aparır. Amma təəsüflər olsunxa0 ki, nə cinayətkar həbs edilir, nə də mənim pulum qaytarılır. Sizdən xahişim odur ki, cinayətkarın tez bir zamanda məsuliyyətə cəlb olunaraq mənim oğurlanmış 1700 manat pulumun qaytarılması üçün Qaradağ RPİ-nin İŞ-nə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.xa0

Redaksiyadan: Məsələylə bağlı müstəntiq Tural Alıyevlə əlaqə saxladıq. Müstəntiq bildirdi ki, baş vermiş oğruluq hadisəsi ilə bağlı araşdırma aparılır və istintaq getdiyi üçün geniş açıqlama verə bilməyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO