“Qanuni oğru”x9d, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Lotu Quli”x9d ləqəbli Nadir Səlifovun üçdəbirlə azadlığa çıxması məsələsi yenidən gündəmə gəlib. Məlumatlara görə, 21 ildir ki, həbsdə yatan “Lotu Quli”x9dnin azadlığa çıxarılması üçün onun ailə üzvüləri və yaxınlarına əfv ərizəsi yazması təklif olunub.xa0
Moderator.az -ın xa0aznews.az-a istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı Nadir Səlifovun vəkili Təranə Əliyeva deyib ki, “Lotu Quli”x9dnin azadlığa çıxması üçün bütün instansiyalara müraciət olunub.
“Bu adam artıq 21 ildir ki, həbsdə yatır. Biz də istəyirik ki, nəhayət ki, azadlığa çıxsın. Bildiyim qədər onun azadlığa buraxılması üçün əfv ərizəsi yazılmayıb. Amma bütün yerlərə müraciət etmişik. Hələlik gözləyirik.
Əslində Nadir Səlifovun anası tərəfindən bir il əvvəl əfv ərizəsi yazılmışdı, amma heç bir nəticəsi olmayıb. Amma təzəlikcə yazılmayıb. Müvəkkilimin ailə üzvlərinin yenidən əfv ərizəsi yazmaları onların hüququdur. Bu ərizə yenidən yazıla bilər”x9d, - deyə vəkil bildirib.
Vəkil əlavə edib ki, Nadir Səlifov əslən Gürcüstanlıdır və onun öz ölkəsinə ekstradisiyası əfv ərizəsinin yazılması ilə bağlı deyil. Bunlar başqa-başqa məsələlərdir.
“Artıq Nadirin övladları böyüyüb. Həm həyat yoldaşı, həm də övladları onun azadlığa çıxmasını istəyir və bunun üçün müraciıtlər ediblər. Bizim də ümidimiz var ki, o, azadlığa çıxacaq”x9d, - deyə vəkil qeyd edib.

































































































