Deputat qudasını həbsdən necə qurtardı  - Oğulun 70 yaşlı anası üzərində qurduğu oyun

Deputat qudasını həbsdən necə qurtardı - Oğulun 70 yaşlı anası üzərində qurduğu oyun

Hazırda oxunan: Deputat qudasını həbsdən necə qurtardı - Oğulun 70 yaşlı anası üzərində qurduğu oyun
108104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Millət vəkili Eldar Quliyevin biznesmen kürəkəni Abbas Səfərov ilə Zəngilandan köçkün düşən ailə arasındakı çəkişməli məhkəmə prosesi təxirə salınıb

Aznews.az xəbər verir ki, proses noyabrın 24-də Nəsimi rayon məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilməli idi.xa0

Amma Zəngilandan köçkün düşən ailəni məşkunlaşdığı evdən didərgin salan "Kapitol”x9d tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevanın (əslində şirkətin sahibi Abbas Səfərovdur, lakin bu və ya digər məhkəmə proseslərində ona irəli sürülən ittihamlardan qaçmaq üçün şirkəti 70 yaşlı anasının adına keçirib) xəstəxanaya yerləşdirilməsi səbəbindən proses təxirə salınıb.

Məhkəmədən Aznews.az-a daxil olan məlumata əsasən, təqsirləndirilən şəxsin nümayəndəsi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməyib.

Abbas Səfərovun anası Məhluqə Qibləliyevanın tələm-tələsik xəstəxanaya yerləşdirilməsi onun tutulmaması üçün atılan addımdır.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə dövlət ittihamçısı "Kapitol”x9d tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevaya 3 il 6 ay iş istəyib.

Köçkün ailə bununla bağlı olaraq Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayıb. Ailə hakim İsayevin ədalətli hökm çıxarması üçün F.Məmmədovun işə şəxsən nəzarət etməsini xahiş edib.

Qeyd edək ki, "Kapitol”x9d şirkəti ilə köçkün ailə arasındakı dava 10 il əvvəldən başlayıb. Belə ki, Bakının mərkəzində göydələnlər ucaldan "Kapitol”x9d tikinti şirkəti müxtəlif qanunsuzluqlar edərək Zəngilandan məcburi köçkün olan ailəni 10 ildən artıqdır ki, küçələrə salıb. "Kapitol”x9d şirkətinin rəhbəri Abbas Səfərov ailənin məskunlaşdığı yurd- yuvanı yerlə yeksan edib. Şirkət dəfələrlə məhkəmələrin ailənin xeyrinə çıxardığı qərarları yerinə yetirməyib.

Onu da bildirək ki, A.Səfərov millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qızının həyat yoldaşıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO