
- A-
- A
- A+
Kriminal
14:05 / 25.11.2015
1 dəq oxunma
Bakıda özlərini jurnalist kimi təqdim edən iki nəfər həbs olundu
Hazırda oxunan: Bakıda özlərini jurnalist kimi təqdim edən iki nəfər həbs olundu
108076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla məşğul olmaqda təqsirləndirilən Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
“Report”x9dun xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərin hər ikisi məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Ş.Orucov və C.Səmədov Sumqayıt şəhəri ərazisində yerləşən “Metallurq”x9d adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək videogörüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Ş.Orucov “Kriminal və bəşəriyyət”x9d qəzetinin təsisçisi, C.Səmədov isə “Korrupsiya və qanun”x9d qəzetinin baş redaktorunun müavini olduğunu bildirib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.
Ş.Orucov əvvəllər xuliqanlıq maddəsi ilə məhbusluq həyatı yaşayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































