Bakıda masajçı qadını kafedə girov saxladılar ”“ TƏFƏRRÜAT

Bakıda masajçı qadını kafedə girov saxladılar ”“ TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda masajçı qadını kafedə girov saxladılar ”“ TƏFƏRRÜAT

100748
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri ”“ 1988-ci il təvəllüdlü Elçin Nuriyev, 1982-ci il təvəllüdlü Teymur Əsgərov və daha bir naməlum şəxs Babək rayon sakini, 1978-ci il təvəllüdlü masajçı Zülfiyyə Babayevanın Əhmədli qəsəbəsində olan evinə gəliblər.   

Onlar qadında verdikləri 215 manat borclarını tələb ediblər. Amma qadın onlara borclu olmadığını bildirib. Bu zaman həmin oğlanlar Zülfiyyə Babayevanı zorla evindən çıxararaq, gəldikləri avtomobilə mindirib və Bülbül prospektində işlətdikləri “Bakı gecələri”x9d kafesinə gətiriblər.   
Həmin şəxslər orada qadından borcu verməsini tələb ediblər. Lakin Zülfiyyə Babayeva yenə də onlara borclu olmadığını bildirib və tələb olunan pulu qaytarmaqdan imtina edib. Buna görə də onlar qadını kafedə bir gün girov saxlayıblar.   Bundan sonra Zülfiyyə Babayeva Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə ilə bağlı məlumat verib. Məlumat əsasında, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırma aparılıb.  

 Faktla bağlı cinayət işi başlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO