
- A-
- A
- A+
Уголовное
18:46 / 11.10.2015
1 dəq oxunma
Lombarda qızıl qoyanların nəzərinə - Diqqətli olun
Hazırda oxunan: Lombarda qızıl qoyanların nəzərinə - Diqqətli olun
100162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarda qızıl qoyan şəxslər əmanətlərini geri ala bilmir.
Moderator.az-ın lent.az-a istinadən məlumatına görə, bu günlərdə daha 4 nəfər bir müddət əvvəl bağlanan lombarda qoyduqları qızılı geri ala bilmədiklərini bildirib.
Belə ki, 8-ci Polis Bölməsinə müraciət edən Ağayeva Narıngül Cənnət qızı 60 qram, Haşımova Gülxar Hüzür qızı 25 qram, Salahova Kəmalə Lələ qızı 8 qram, Məmmədova Rəhilə İslam qızı isə 40 qram qızılı Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarddan geri ala bilmədiklərini qeyd ediblər. Onlar şikayət ərizələrinfə qızılı lombardın sahibi, 1963-cü il təvəllüdlü Əllazi Tahirə Məmməd qızına verdiklərini qeyd ediblər.
Bundan başqa paytaxt sakini, 1981-ci il təvəllüdlü Tarrant Esmira Tofiq qızı da polisə mürciət edərək qeyd edilən lombarda bu ilin fevral ayında 43 qram qızıl qoyduğunu və pulu geri qaytarsa da əmanətini geri ala bilmədiyini deyib.
Qeyd edək ki, həmin lombardla bağlı polisə daha əvvəl də çoxsaylı şikayətlər daxil olub.
Araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































