“DəmirBank”x9dın VİSA və ya VİSA Electron plastik kartları ilə Maldiv adalarına bir həftəlik səyahət şansı qazanmaq mümkündür. Belə ki, VİSA plastik kart sahibləri “GoldenPay”x9d sistemi vasitəsilə hesab.az portalında ödəniş etməklə Maldiv adalarına səyahət şansı ilə yanaşı, 10 ədəd televizor, 10 ədəd iPad Mini 3 və 100 ədəd 20 AZN dəyərində hədiyyə kartları qazana bilərlər.
Visa və Visa Electron kart sahibləri kampaniyada iştirak etmək üçün bir dəfəyə minimum 10 AZN ödəniş etdikdə 1 lotereya şansı əldə edir. 50 AZN və ondan yuxarı ödəniş etdikdə isə uduş şansı 2 dəfə artır.
Bir lotereya şansı yalnız bir hədiyyə üçün etibarlıdır.
Qeyd edək ki, qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi yolla seçiləcək. Qaliblərin müəyyən olunacağı lotereya tədbiri isə sentyabrın 3-də “Park İnn”x9d otelində keçiriləcək.
Ölkənin ilk kommersiya bankılarından olan “DəmirBank”x9d 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı”x9d və “Hollandiya İnkişaf Maliyyə Şirkəti”x9d (FMO) daxildir. “DəmirBank”x9d həmçinin “Fitch Ratings”x9d beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”x9d, “Planet Rating”x9d agentliyinin isə “pozitiv”x9d proqnozlu “B”x9d reytinqlərinə malikdir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
//www.demirbank.az/?/az/
www.facebook.com/demirbank.az



































































































