Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Hazırda oxunan: Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

642021

Roma Papası XIV Leo cərrahi əməliyyat olunmaq üçün Romanın Agostino Cemelli adına xəstəxanasına gətirilib. O, ağciyərindəki düyünün götürülməsi üçün əməliyyat olunacaq.

Bizim.Media xəbər verir ki, "Rai Radio-1" radio stansiyasının məlumatına görə, əməliyyatın elə bu gün baş tutacağı istisna olunmur.

Vatikan pafikin oktyabrın 20-dək olan bütün cədvəlini və tədbirlərini təxirə salıb. Sağalma prosesinin təxminən bir həftə sürəcəyi gözlənilir. Bununla belə, noyabrın əvvəlinə planlaşdırılan Cənubi Amerika (Uruqvay, Argentina və Peru) səfəri hələ ki cədvəldə saxlanılıb.

71 yaşlı XIV Leo (2025-ci ilin mayında seçilib) müayinə zamanı ağciyərində kiçik və təcrid olunmuş törəmənin erkən mərhələdə aşkar edildiyini şəxsən açıqlamışdı.

Qeyd edək ki, "Cemelli" klinikası Roma papalarının tez-tez müalicə olunması səbəbindən "Üçüncü Vatikan" adlandırılır. Mərhum İohann Pavel II və 2025-ci ildə vəfat edən Papa Fransisk də dəfələrlə bu xəstəxanada müalicə olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO