Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Hazırda oxunan: Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO
641969
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstan prezidenti Sadır Japarovun və onun ətrafının kəskin tənqidçisi olan iş adamı Sırqak Kenjebayev xaricdə saxlanılaraq ölkəyə gətirilib.

Bizim.Media “kz.kursiv.media” nəşrinə istinadən xəbər verir ki, məşhur yazıçı Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın sabiq həyat yoldaşı olan 44 yaşlı Sırqak Kenjebayev Bişkek Şəhər Daxili İşlər Baş İdarəsinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyi onun hansı ölkədə saxlanıldığını açıqlamayıb.

İstintaqın versiyasına görə, xaricdə olan Kenjebayev internetdə kütləvi iğtişaşlara, mitinqlərə və hakimiyyəti ələ keçirməyə çağırış edən materiallar paylaşıb. Ona qarşı "Kütləvi iğtişaşlar" maddəsi ilə cinayət işi qaldırılıb. Həmçinin o, bir iş adamının 150 min dollarını dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur.

Kenjebayev son aylarda prezident Japarovun qohumlarının gömrük və logistika kimi strateji sahələrə nəzarət etdiyini, ölkədə "kölgə ofisi"nin olduğunu iddia edirdi.

Qeyd edək ki, bu, Kenjebayevin ilk həbsi deyil; o, 2019-cu ildə də həyat yoldaşı Şirin Aytmatovanın korrupsiyaya qarşı fəaliyyəti fonunda Almatı hava limanında saxlanılmışdı.

 

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO - foto 1
Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO - foto 2
Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO - foto 3
Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO - foto 4
Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO - foto 5
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO