Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

Hazırda oxunan: Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

641957

Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı arasında Katibliyin fəaliyyətinə dair "Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanuna əsasən, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiq olunub.
 

Saziş Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Katibliyi ilə Azərbaycan Respublikası Hökuməti arasında münasibətlərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Sənəd preambula və 12 maddədən ibarətdir. Preambulada Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis edilməsinə, 2022-ci ildə qəbul olunmuş Şuşa Akkordu əsasında Gənclər Təşkilatının yaradılmasına və onun qərargahının Bakı şəhərində yerləşməsini nəzərdə tutan Nizamnamə müddəalarına istinad edilir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO