Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Hazırda oxunan: Şavkat Mirziyoyev də Azərbaycana gəlir

642040

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14–15-də işgüzar səfərlə Azərbaycana gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan prezidentinin mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, səfərin əsas məqsədi Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavərənin (AQEM) 7-ci sammitində iştirak etməkdir.

Sammitin gündəliyinə Asiya qitəsində sülh, təhlükəsizlik və etimad mühitinin gücləndirilməsi, həmçinin təşkilatın institusional inkişafı daxildir. Tədbir çərçivəsində nəqliyyat əlaqələri, rəqəmsallaşma, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək, regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparılacaq.

Şavkat Mirziyoyevin səfər çərçivəsində bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO