Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Hazırda oxunan: Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

641989

Türkiyədə yaşayıb fəaliyyət göstərən model Günay Musayeva sosial şəbəkədə vahid məktəbli geyimi qaydaları ilə bağlı fikirlərini bildirib.

Bizim.Media xəbər verir ki, o, məktəb xatirələrini bölüşərək həmin illərdəki ciddi nəzarət və intizamdan danışıb:

“9-cu sinifdə oxuyarkən saçlarımı sarı rəngə boyadığım üçün məktəbə buraxılmamışdım. Məktəbin direktoru isə öz anam idi. Həmin gün saçlarımı əvvəlki rənginə qaytardım və təhsilimə davam etdim. 11 il mayın, sentyabrın istisində belə, məktəbli formasına riayət etdik. Axı bu qaydalar dünən yaranmayıb. Bəs niyə bu gün problemə çevrilib? Biz Oğuz türküyük, zəngin tariximiz, mədəniyyətimiz və milli kimliyimiz var”.

Model həmçinin valideynlərə də müraciət edib:

“Əziz valideynlər, övladlarınıza öz dünyagörüşünüzü məcburən qəbul etdirməyin. Onlara düşünməyi, öyrənməyi və şüurlu seçim etməyi öyrədin. Unutmayaq: təhsilin məqsədi itaətkar nəsil deyil, savadlı, azad düşüncəli və məsuliyyətli insanlar yetişdirməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO