İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

Hazırda oxunan: İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

642031

İsrail Yunanıstandan qanunsuz olaraq çıxarılan 22 qədim tarixi əşyanı rəsmi Afinaya təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Yunanıstan Mədəniyyət Nazirliyi yayıb.

Milli Arxeologiya Muzeyində keçirilən xüsusi mərasimdə mədəniyyət naziri Lina Mendoni tarixi əşyaları İsrailin Yunanıstandakı səfiri Pninat Yanaydan təhvil alıb.

Əməliyyat İsrail Qədim Əşyalar İdarəsinin Qanunsuz Ticarətə Qarşı Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.

Qaytarılan kolleksiyaya 15 Attika vazası (bunlardan 11-i qarafiqurlu, 3-ü qırmızıfiqurlu, 1-i qara lakla işlənmiş – arxaik və klassik dövrlərə aid), 6 Korinf vazası (Arxaik dövr, e.ə. VIII–VI əsrlər), 1 tünc qadın heykəli (orijinallığı əlavə tədqiq ediləcək) daxildir.

Yunanıstanın mədəniyyət naziri Lina Mendoni bunun İsrail tərəfindən Yunanıstana antik əşyaların qaytarılması ilə bağlı tarixdə ilk hal olduğunu vurğulayıb və bu addımın mədəni irsin qorunması, eləcə də qaçaqmalçılığa qarşı mübarizədə iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO