Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Hazırda oxunan: Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

641973

“Yeni Dövlət Qulluğu Məcəlləsinin hazırlanmasını müsbət qiymətləndirsəm də dövlət qulluğu imtahanından uğurla keçmiş şəxslərin sertifikatının qüvvədə olma müddətinin beş ildən iki ilə endirilməsi ilə bağlı narahatlığım qalır. Narahatlığım sadəcə müddətin qısaldılmasından deyil, insanların imtahanla təsdiqlədikləri bilik və bacarıqlarını reallaşdırmaq imkanından gedir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sertifikat alan şəxslərin bir qismi beş il ərzində belə iş tapa bilməyib:

"Deməli, problem yalnız imtahan verməkdə deyil, imtahandan sonra işə qəbul imkanlarının məhdudluğundadır. Müddətin iki ilə endirilməsi bu problemi həll etmir, əksinə, həmin şəxslərin imkanlarını daha da məhdudlaşdırır. İki il ərzində işlə təmin olunmayan vətəndaş yenidən imtahana hazırlaşmalı, yenidən imtahan verməli və eyni prosesi təkrarlamalı olacaq. Beləliklə, dövlətin qiymətləndirdiyi bilik və bacarıqlardan istifadə etmək əvəzinə, insanı təkrar-təkrar imtahan prosesinə qaytarırıq".

Deputat sertifikat almış şəxslərin ən geci üç-altı ay ərzində ixtisaslarına uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etməsi və işə qəbul prosesində real imkan qazanması üçün konkret mexanizmin  yaradılmasını təklif edib:

"Bu, avtomatik təyinat demək deyil. Müsahibə və peşəkarlıq tələbləri qüvvədə qala bilər. Əsas məsələ imtahandan uğurla keçmiş şəxsin illərlə qeyri-müəyyənlik içində gözləməməsidir. Yeni məcəllə dövlət qulluğuna qəbul edilən şəxslər üçün müəyyən prosedur yükünü azalda bilər. Lakin imtahan verib sertifikat alan şəxslərin konkret işə qəbul imkanlarını asanlaşdıran mexanizmlər də aydın şəkildə müəyyən edilməlidir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO