Trampla açıq qarşıdurma Zelenskiyə baha başa gələcək – Politico riskləri açıqladı

Trampla açıq qarşıdurma Zelenskiyə baha başa gələcək – Politico riskləri açıqladı

Hazırda oxunan: Trampla açıq qarşıdurma Zelenskiyə baha başa gələcək – Politico riskləri açıqladı

641946

ABŞ Prezidenti Donald Trampın ABŞ-da yanacaq qiymətlərini düşürmək və aralıq seçkiləri öncəsi mövqeyini möhkəmləndirmək məqsədilə Rusiya dizelinə qoyulan sanksiyaları ləğv edərək Moskva ilə razılaşması Kiyevdə böyük narazılıqla qarşılanıb.

Bizim.Media xəbər verir ki, Politico nəşrinin təhlilinə əsasən, Vladimir Zelenski Trampın Rusiya neft emalı zavodlarına (NEZ) zərbələri dayandırmaq tələbinə məhəl qoymayaraq PUA hücumlarını davam etdirmək qərarı verib.

O, Trampın dizel sazişini "zəif qərar" və "Putinə hədiyyə" adlandırıb, bu isə Trampın ukraynalıları Zelenskini lider postundan kənarlaşdırmağa çağırmasına səbəb olub.

Böyük Britaniyanın keçmiş diplomatı Tim Vilasi-Vilsi mövzu ilə bağlı xəbərdarlıq edib ki, Tramp qəzəblənərək Ukrayna ordusu üçün həyati əhəmiyyət kəsb edən ABŞ hərbi kəşfiyyat məlumatlarının ötürülməsini dayandıra bilər. Həm də İlon Maska təzyiq göstərərək Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi Starlink peyk rabitəsini söndürmək fikrinə düşəcək.

Buna baxmayaraq, Zelenski öz mövqeyində dayanır və Rusiya hücumları dayandırmayınca NEZ-lərə zərbələrin davam edəcəyini bildirir.

Maraqlıdır ki, hətta daxili müxalifət (o cümlədən keçmiş prezident Pyotr Poroşenko) də Trampın Zelenskini dəyişmək çağırışına qarşı çıxaraq dövlət başçısını dəstəkləyib. Eyni zamanda, ekspert Natali Toççi qeyd edir ki, Vaşinqton yardımların böyük hissəsini onsuz da azaltdığı üçün Trampın Kiyevə təzyiq rıçaqları zəifləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO