Bakının yeni “Ağ taksiləri”x9d ”“  FOTO

Bakının yeni “Ağ taksiləri”x9d ”“ FOTO

Hazırda oxunan: Bakının yeni “Ağ taksiləri”x9d ”“ FOTO

77928
Sürücülər dil kursları keçiblər.

Bakıya gətirilən 500 ədəd yeni “London taksi”x9dləri artıq istifadəyə tam hazırdır. 

“Bakı sərnişin və yük daşımalarının təşkili”x9d MMC-dən Oxu.Az-a verilən məlumata görə, hazırda həmin maşınlar qarajlarda tam hazır vəziyyətdə saxlanılır.

“Həmin taksilər Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində qüsursuz xidmət göstərəcək. Bunun üçün ayrılan taksilər Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarında olacaq. Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər”x9d, - deyə, MMC-dən bildiriblər.

Əlavə olaraq onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımı ünvana tez və təhlükəsiz çatdırılması üçün lazımı təcrübi praktika keçirilib.

Ən əsası isə həmin taksilər pulsuz xidmət göstərəcək. “Ağ taksilər”x9d oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək.

Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da taksilərin xidmətindən istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO