
- A-
- A
- A+
Qüdrət Həsənquliyev özəlləşdirmə ilə bağlı bu müddəanın qanundan çıxarılmasını istəyir
“İqtisadiyyatın inkişafı üçün özəlləşdirməyə getməliyik. Lakin biz şahid oluruq ki, Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlət sektoruna aiddir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunun müzakirəsi zamanı səsləndirib.
Deputat qanun layihəsinin bir müddəası ilə bağlı narahatlığını ifadə edib:
“Qanunun 11.2 maddəsində edilən dəyişiklikdə qeyd olunub ki, özəlləşdirmədən sonra da müəssisələrin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi. Bu özəlləşdirildikdən sonra, olur özəl mülkiyyət. Bundan sonra dövlət niyə onun dəstəklənməsi ilə bağlı tədbirləri maliyyələşdirməlidir? Bu artıq proteksionizm olur”.
Qüdrət Həsənquliyev sözügedən müddəanın qanundan çıxarılmasının vacibliyini vurğulayıb.
Murad Əhmədov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































