Rusiyadan gətirilən toyuq və balıq filesində parazit aşkarlandı - RƏSMİ 

Rusiyadan gətirilən toyuq və balıq filesində parazit aşkarlandı - RƏSMİ 

Hazırda oxunan: Rusiyadan gətirilən toyuq və balıq filesində parazit aşkarlandı - RƏSMİ 
5949
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kompas” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Rusiyadan ölkəmizə idxal olunan dondurulmuş putassu balığından götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinəsi nəticəsində məhsulda “Anizakislər” (parazitlər) aşkar edilib, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur.

Bu barədə Bizim.Media-ya  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. 

Bununla bağlı istifadəyə yararsız olan 7320 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Həmçinin Məmmədli Azər Tofiq oğlu tərəfindən Rusiyadan idxal olunan dondurulmuş toyuq filesi məhsullarından götürülmüş nümunələrdə də patogenlər, o cümlədən salmonella aşkar edildiyi üçün məhsul partiyalarının sanitariya-epidemioloji qaydalara və normativlərə cavab vermədiyi məlum olub.

Bununla bağlı istifadəyə yararsız olan 4980 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO