"Avropa aqoniya vəziyyətində olan Rusiyadan çəkinir"

Hazırda oxunan: "Avropa aqoniya vəziyyətində olan Rusiyadan çəkinir"
50238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, ABŞ və Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalarını genişləndirmək qərarına gəliblər. Verilən məlumata görə beynəlxalq maliyyə mərkəzlərinin və Avropa İtttifaqının Rusiyaya yönəlik bütün kreditləşdirmə əməliyyatları, eləcə də bu zamana qədər başlanmış investiya qoyuluşları dayandırılıb. ABŞ isə öz sanksiyalarınaRusiyanın ən önəmli şirkətlərini də daxil edib. Siyahıya "Vneşekonombank" "Rosneft", “Qazprom” və "Qazprombank" kimi iqtisadi-maliyyə nəhəngləri də salınıb. Bu cür sanksiyalar Rusiyaya nə vəd edir? 

Moderator.az-ınsuallarını iqtisadçı ekspert Elçin Qurbanov cavablandırır:

 “Açığını deyim ki, Rusiyaya qarşı bu cür sanksiyaların tərəfdarı deyiləm. Belə tədbirlər rəsmi Moskvanı daha da aqressivləşdirir və bölgə dövlətlərinin təhlükəsizliyi sual altına qoyur. Bunu Qərb dövlətləri də bilir və genişhəcmli sanksiyalar tədbiq etməkdən çəkinirlər. Avropanın bu tədbirlərə çox maraq göstərməməsinın, ABŞ-ın sanksiya tədbiq olunan şirkətlərin sırasını tədricən artırmasının səbəbi bununla bağlıdır".

Əslində sözü gedən sanksiyalardan qabaq da bu ölkənin iqtisadiyyatında tənəzzülün başladığını deyən Elçin Qurbanovun fikrincə, 2012 ”“ci ilin ortasından başlayan “tormozlanma” prosesi bu gün də davam edir və Rusiyanı qüdrətli dövlət kimi tarix səhnəsindən silinməyə doğru aparır: "Fəqət iqtisadi tənəzzül təkcə onun özü üçün deyil , başqa dövlətlərin mənafeyi üçün də təhlükə törədir. Bildiyiniz kimi rəsmi Moskva belə vəziyyətlərdə daha çox regional münaqişlərin alovlandırılması kimi siyasi qarşıdurmalara rəvac verir və özünü bu yolla vəziyyətdən çıxartmağa çalışır. Odur ki, aqoniya halında olan bu qüdrətə qarşı ehtiyatlı davranmağın tərəfdarıyam”.

İqtisadçı ekspert söhbət əsnasında onu da vurğulad ki, Rusiyaya qarşı sanksiyaların tədbiq olunması yalnız Ukrayna məsələsi ilə bağlı deyil: “Ümumiyyətlə beynəlxalq güclər rəsmi Moskvaya etibar etmir, özünün enerji təhlükəsizliyini qarantiya altına almağa çalışırlar. Ələlxüsus da Avropa. Çünki şimal qonşumuz hər zaman iqtisadi münasibətləri siyasi münasibətlərlə qarışdırır və onun siyasətində insan amilinin ümumiyyətlə yeri yoxdur. Fikrimcə, Rusiyanın iqtisadi cəhətdən çökdürülməsinin əsas səbəbi budur”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO