Çindən gətirilən malların üzərinə brend vurulmasın -  TAPŞIRIQ

Çindən gətirilən malların üzərinə brend vurulmasın - TAPŞIRIQ

Hazırda oxunan: Çindən gətirilən malların üzərinə brend vurulmasın - TAPŞIRIQ
251370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycanda fəaliyyət göstərən karqo şirkətləri Çindən ölkəyə mal gətirən müştərilərinə müraciət edib.xa0

Müraciətə görə karqo şirkətləri bundan sonra Çindən Azərbaycana yalnız orijinal malların gətirilməsinə vasitəçilik ediləcək.xa0

“Xahiş edirik ki, hansısa məhsulu sifariş edərkən onun orijinallığına əmin olun. Çindən yalnız satıcının məhsulun orijinallığı haqqında verdiyi təsdiqedici sənəd əsasında məhsul göndərmək mümkün olacaq”.xa0

Sədərək Ticarət Mərkəzində çalışan Eyvaz Rüstəmov deyir ki, “orijinal malların gətirilməsi deyəndə, daxildə belə bir tapşırıq var ki, Çindən gətirdiyiniz malların üzərinə brendlərin adları vurulmasın”.

O da məlumdur ki, Çindən Azərbaycana gətirilən məhsullara müxtəlif tanınmış brendlərin markaları vurulur, ancaq həmin firmanın heç məhsuldan xəbəri belə yoxdur.xa0

Ticarətçi onu da qeyd etdi ki, yeni ildən ticarət mərkəzində şəffaflıq istiqamətində daha böyük işlər görüləcək, çünki bununla bağlı ciddi tədbirlər görüldüyü barədə məlumatlar var.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO