Bağlanan bankdan pulunu almaq istəyənlərin
  - NƏZƏRİNƏ

Bağlanan bankdan pulunu almaq istəyənlərin - NƏZƏRİNƏ

Hazırda oxunan: Bağlanan bankdan pulunu almaq istəyənlərin - NƏZƏRİNƏ
221064
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.xa0

Moderator.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti aprelin 16-da bitir.

Qeyd edək ki, kompensasiya ödənişi barədə ilk elan 17 aprel 2017-ci il tarixində dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” qanuna görə, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən, uzadıla bilər. Lakin bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ kompensasiya ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO