
- A-
- A
- A+
“Abşeron” yatağından bu il 800 milyon kubmetr qaz hasil edilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25,1 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qazın 6,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokundan, 14 milyard kubmetri “Şahdəniz” yatağından, 0,8 milyard kubmetri “Abşeron” yatağından, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub.
“Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb”, - məlumatda qeyd olunur.
Məlumata görə, hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP kəməri ilə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































