Manat bu valyutalar qarşısında BAHALAŞDI – FOTO  

Manat bu valyutalar qarşısında BAHALAŞDI – FOTO  

Hazırda oxunan: Manat bu valyutalar qarşısında BAHALAŞDI – FOTO  
136415
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin I rübündə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişib.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı “Pul siyasəti icmalı”nda məlumat verilib. 

Belə ki, manatın məzənnəsi Türkiyə lirəsinə, Rusiya rubluna, İngiltərə funt-sterlinqinə qarşı bahalaşıb, avroya, Qazaxıstan tengəsinə, İsveçrə frankına, Yaponiya yeninə və Gürcüstan larisinə qarşı ucuzlaşıb.  

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.

Ümumilikdə, ilin əvvəlindən manatın qeyri-neft ümumi ticarət əkili nominal effektiv məzənnəsi 3.5%, real effektiv məzənnəsi isə 2.7% möhkəmlənib.  

Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.  

Manat bu valyutalar qarşısında BAHALAŞDI – FOTO   - foto 1


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO