“Bank of Azerbaijan”x9dın əmanətçilərinə ödənəcək vəsait açıqlandı

“Bank of Azerbaijan”x9dın əmanətçilərinə ödənəcək vəsait açıqlandı

Hazırda oxunan: “Bank of Azerbaijan”x9dın əmanətçilərinə ödənəcək vəsait açıqlandı

118259
“Bank of Azerbaijan”x9d ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılmasına yanvarın 29-dan başlanılacaq.xa0

Moderator.az xəbər verir ki, bu barədə report-a Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadovun sözlərinə görə, kompensasiya alacaq əmanətçilərin sayı hələ tam dəqiqləşdirilməyib:

“Ümumilikdə, 6 mindən çox əmanətçiyə 24 mln. manat məbləğində kompensasiya veriləcək. Kompensasiyalar əmanətçilərə “Muğanbank”x9d ASC, Naxçıvanda isə “Rabitəbank”x9d ASC-nin filialı vasitəsilə veriləcək”x9d.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan”x9d ASC-nin bank lisenziyası ləğv edilib və bu tarixdən etibarən banka müvəqqəti inzibatçı təyin edilib.

Xatırladaq ki, yanvarın 22-də isə “Bank of Azerbaijan”x9d ASC ilə bağlı sığorta hadisəsi olub və ƏSF “Bank of Azerbaijan”x9dda 30 min manata qədər qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 100%-i həcmində kompensasiya ödəniləcəyinə təminat verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO