Ölkədəki maaş artımları ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədəki maaş artımları ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ölkədəki maaş artımları ilə bağlı RƏSMİ AÇIQLAMA
115795
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsindən ayrılır”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edəcək minimum əməkhaqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.
 

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Minimum pensiyadakı artımı da nəzərə alaraq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş birbaşa faydalana biləcəklər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO