“Manata “qəbir qazanların”x9d səsi çıxmır”x9d

“Manata “qəbir qazanların”x9d səsi çıxmır”x9d

Hazırda oxunan: “Manata “qəbir qazanların”x9d səsi çıxmır”x9d
109156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Moderator.az-ın suallarını “Ekonomiks”x9d Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmlər doktoru, professor Fikrət Yusifov cavablandırır.

- Bu gün ilin son ayına qədəm qoyduq. Cari ilin gözlənilən iqtisadi yekunlarını necə dəyərləndirirsiniz?


- Bu sualın çox qısa cavabı belədir. Aydındır ki, iqtisadiyyatı neftlə bağlı olan bir ölkə üçün dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsi  səbəbindən gəlirlərin iki dəfədən çox azalması ciddi bir məsələdir. Lakin bununla belə, dediyimiz səbəbdən gəlirlərini iki dəfədən çox itirmiş Azərbaycan cari ili 4% iqtisadi artımla başa vurmağa yaxınlaşır.  Hesab edirəm ki, cəmiyyətin diqqəti əsasən məhz bu faktın üzərində fokuslaşmalıdır. Özü də bu artım bütövlükdə qeyri-neft sektorunun hesabına baş verib. Deməli, Azərbaycan hökumətinin illərdən bəri qeyri-neft sektorunun inkişafı yolunda atdığı addımlar öz səmərəsini verməyə başlayıb.

- Deyirsiz pessimist əhval-ruhiyyəyə köklənməyək?

- Əlbəttə ki, yox. Neftin mövcud qiymətlərinə görə pessimist əhval-ruhiyyəyə köklənməyimiz üçün elə bir ciddi əsas yoxdur.  Əksinə, sevindiricidir ki, ölkədə qeyri-neft sektorunun inkişaf yolunda yeni səhifə, yeni mərhələ açılıb. Bu isə neftdən asılılığı minimuma endirmək yolunu  illərdir ki, davam etdirən Azərbaycan üçün iqtisadiyyatın  gələcək təminat bazasının formalaşdırılması baxımından çox əhəmiyyətlidir.

- Amma iqtisadçı-ekspertlərin heç də hamısı belə düşünmür. Bəziləri mətbuatda belə fikirlər səsləndirirlər ki, ölkə iqtisadiyyatı tənəzzül içindədir...

- Bilirsiniz, sözün məsuliyyəti olmayanda hər şey demək mümkündür. Biz bunu deyənlərə sadə bir yol göstəririk. Əgər onlarda  Azərbaycan iqtisadiyyatının real durumu və baş verən artımın səviyyəsinə dair  şübhələr varsa, qoy onda zəhmət çəkib dünyanın ən nüfuzlu maliyyə institutları ”“ Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Azərbaycanla bağlı hesabatlarını oxusunlar. Bu təşkilatlarda çalışan mütəxəssislərin bilik və peşəkarlıq səviyyəsi bizim mətbuatda illərdir “yuva salmış”x9d bəzi “iqtisadçı-ekspertlərin”x9d bilik və peşəkarlıq səviyyəsi ilə bir tərəziyə belə qoyula bilməz ”“ bax, bu həqiqətdir.

- Əks mövqedə olanlar iddia edirlər ki,  iqtisadiyyatın vəziyyətinə dair rəsmi səviyyədə səsləndirilən rəqəmlər reallığı əks etdirmir.  Onlar hesab edir ki, rəqəmlər şişirdilir...

- Biz həmişə demişik, iqtisadçı ekspert qismində çıxış edən şəxsin siyasi mənsubiyyəti varsa, o, heç bir halda obyektiv ola bilməz. Həmin adam hökumətin atdığı müsbət addımları olduğu kimi dəyərləndirmək istəməz.  Odur ki, həmin adamların dediklərinə çox da önəm verməyin.  Heç bir şişirtmədən söhbət gedə bilməz.

- Axı bu həqiqətdir ki, neftin qiymətlərinin iki dəfə azalması Azərbaycanı təxminən 7-8 milyard dollar gəlirdən məhrum edib. Buna nə deyirsiniz?

- Bəli, bu həqiqətdir. Lakin fəlakət deyil. Bunu “fəlakət bayrağına”x9d çevirənlər ciddi yanlışlıqlara yol verirlər. Çünki Azərbaycanın neftsiz büdcəsi belə onun sosialyönümlü xərclərini 1,5 dəfə qarşılamaq iqtidarındadır. Neftin qiymətlərinin necə dəyişməsindən asılı olmayaraq bəzi gözü zəif görüb, qulağı zəif eşidənlərə bir daha deyirik:  - Neft qiymətlərinin yüksək olması  hesabına Azərbaycan hökumətinin əldə etdiyi gəlirlər hökumətin əlavə qazancı  kimi dəyərləndirilməlidir. Bu əlavə qazanc isə Azərbaycan hökumətinə imkan verdi ki, bir neçə il ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını reallaşdırmaq, iri infrastruktur layihələrini həyata keçirmək yolu ilə iqtisadiyyatın qeyri-neft sektorunun sonrakı davamlı və hərtərəfli inkişafına zəmin yaratsın. Nəticələr göz qabağındadır. Sovet dönəmində büdcəmiz Gürcüstannın büdcəsindən həmişə az olub. Bu gün isə neft gəlirləri daxil olmaqla büdcəmiz Gürcüstanın büdcəsindən 4 dəfədən çox, neftsiz büdcəmiz isə iki dəfəyə qədər çoxdur. Bu Azərbaycanda qeyri neft-sektorunun normal inkişafı demək deyilmi?  Bunu mətbuatın “iqtisadçı-ekspert”x9d kimi təqdim etdiyi şəxslər də görürlər. Lakin bayaq qeyd etdiyim səbəblərdən bunu etiraf edə bilmir, əksinə, reallıqları əks etdirən rəqəmləri də şübhə altına almağa çalışırlar. Gülməli odur ki, bu adamların əksəriyyəti indiyədək heç bir müəssisənin hesabatını əlində tutmayıb.  Onlar birmənalı şəkildə öz siyasi maraqlarından çıxış edirlər. Bu səbəbdən iqtisadiyyata dair məlumatları mətbuatdan alan sadə vətəndaşlara siyasi ambisiyası olanların açıqlamalarını  ciddiyə almamağı tövsiyə edirik. Onların mətbuat səhifələrində söylədiyi yalanları biz son bir ildə faktlara, konkret rəqəmlərə söykənərək dəfələrlə təkzib etmişik. Ən əsası isə odur ki,  cəmiyyətə ancaq yalanlar ötürən, insanlarda ölkə iqtisadiyyatının real durumu barədə yalnış təsəvvürlər yaratmağa çalışan belə “qəhrəmanları”x9d dəfələrlə dəyirmi masa arxasına dəvət etsək də onlar bundan qaçıblar. Səbəbi aydındır, yalanın izahı olmur.

- Deyirsiniz ki, həmin ekspertlərin obyektiv olmalarına siyasi mənsubiyyətləri mane olur. Bəs sizin siyasi mənsubiyyətiniz yoxdur?

- Xeyr. Mən heç bir partiyanın üzvü deyiləm. Yazdığımız təhlillər də bilavasitə “Ekonomiks”x9d Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin mövqeyidir.  Müstəqil fəaliyyət göstərən bu ictimai təsisatın hər hansı siyasi təşkilata bağlılığı yoxdur.

- Son günlər manatın yenidən devalvasiyaya uğrayacağı barədə mətbuat səhifələrində fikirlər səslənməyə başlayıb. Sizcə manat yenidən ucuzlaşacaqmı?

- Diqqət etsəniz asanlıqla görə bilərsiniz ki, manatın ətrafında bu yalanları tirajlayanlar və Azərbaycan iqtisadiyyatı barədə yalnış fikirləri söyləyənlər eyni adamlardır. Onların bəzisi öz siyasi maraqlarının qeydinə qalır, bəziləri isə başqa siyasi dəllallara muzdla  xidmət göstərirlər. Cəmiyyət hər kəsi çox yaxşı tanıyır. Bu adamlar seçkilərdən dərhal sonra manatın kəskin şəkildə devalvasiya uğrayacağını deyirdilər.  Biz isə deyirdik ki, kəskin devalvasiya üçün heç bir əsas yoxdur. Baxın, seçkilər bir ay əvvəl başa çatıb. Onların dediyi qorxulu məzənnə dəyişikliyi isə baş verməyib. Halbuki, aralarında növbəti kəskin devalvasiyanın dəqiq tarixini açıqlayacaq qədər “cəsarət”x9dli olanlar da var idi.  İndi isə həmin o manata “qəbir qazanların”x9d səsi çıxmır.

- Demək istəyirsiniz ki, manatıın məzənnəsində hər hansı dəyişiklik baş verməyəcək?

- Xeyr, bunu heç kəs iddia edə bilməz. Ola bilsin ki, dünyada gedən iqtisadi, maliyyə prosesləri fonunda manatın məzənnəsində cüzi dəyişikliklər baş versin, ancaq bu,  nəyəsə ciddi təsir edə biləcək səviyyədə olmayacaq. Manat bu ilin fevral ayında təxribat nəticəsində 34 % devalvasiyaya uğrasa da milli valyutamız  Dünya Bankının rəyinə görə, diqqət edin, yenə də bu bizim hökumətin rəyi deyil,  MDB məkənında ən stabil və ən etibarlı valyuta hesab olunur. Çünki manatın arxasında Cənubi Qafqaz regionunun iqtisadiyatının 70 %-dən çoxuna malik olan Azərbaycan iqtisadiyyatı durur. Çünki Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollara yaxındır. Çünki Azərbaycanın aktivləri və kapitalının həcmi 35 milyard dolları ötən SOKAR kimi güclü neft şirkəti var.  Sözsüz ki, bu siyahını uzatmaq da olar.

- Sonda istərdik ki,  Türkiyə-Rusiya münasibətlərinə də toxunaq. Bu münasibətlərin hazırkı vəziyyəti bizə nə vəd edir?

- Bu münasibətlərin hazırkı vəziyyəti bizim üçün arzulanan deyil.  Bu məsələ ilə bağlı münasibətimi bir neçə gün öncə mətbuatda açıqlamışam. Açıqladığım münasibətin mahiyyəti isə qısaca olaraq belədir. Bizim hər birimiz bir Azərbaycan vətəndaşı olaraq qonşu və qardaş ölkələr arasında yaranmış münaqişəyə soyuq başla yanaşmağa çalışmalıyıq. Mövqeyimiz isə maksimum səylər göstərib bu münasibətlərin nizama salınmasına çalışmaqdan ibarət olmalıdır. Münaqişənin ilk günlərində Azərbaycan Prezidenti çox düzgün olaraq məhz belə bir münasibəti ortaya qoydu. Unutmayaq ki, Rusiyada bizim bir neçə milyon soydaşımız yaşayır. Qarabağ probleminin mövcudluğu da burada xüsusi nəzərə alınmalı məsələdir. Odur ki, biz çox ehtiyatlı olmalıyıq. Qanı qanımızdan olanların hər bir açısı sözsüz ki, həm də bizimdir. Amma qonşumuzu da xəritədən silib ata bilmərik.
Aydındır ki, həm Rusiya, həm də Türkiyə milyardlarla itkiyə  məruz qalacaq. Son illər ərzində Rusiya Türkiyə iqtisadi əlaqələri sürətlə genişlənirdi. 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi xidmətlə birlikdə 45 milyard dollara yaxın olmuşdu və hər iki ölkə yaxın 5-6 il ərzində onu iki dəfədən çox artırmağı düşünürdü. Bir sözlə bu münasibətlər dərinləşdikcə Qarabağ probleminin həlli də asanlaşmağa doğru gedirdi.  O da aydın idi ki, Türkiyə ilə Rusiya arasında əlaqələrin dərinləşməsi ABŞ və Avropanı narahat edirdi. Deməli, hazırkı situasiya Qərbin maraqlarına tam şəkildə cavab verir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO