“Dinamo” Emreli ilə müqaviləni POZUB? 

“Dinamo” Emreli ilə müqaviləni POZUB? 

Hazırda oxunan: “Dinamo” Emreli ilə müqaviləni POZUB? 
98050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqaviləni pozmaq istəyib.

Bizim.Media xəbər verir ki, buna FIFA-nın 25 yaşlı hücumçunu cəzalandırması səbəb olub. Futbolçu sabiq klubu olan Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futboldan kənarlaşdırılıb.

Ali futbol qurumundan məktub aldıqdan sonra oyunçu ilə görüşən klub rəhbərliyi onunla vidalaşmaq istədiyini bildirib. FIFA və Zaqreb təmsilçisindən gələn xəbərdarlığı nəzərə alan Emreli bu gün Varşava klubuna 105 000 avro ödəniş edib.
Hələlik FIFA milli üzvü ilə bağlı qərarı ləğv etməyib. Qurumdan kluba da bu barədə hər hansı məlumat daxil olmayıb.

Qeyd edək ki, Mahir Emreli 2021/2022 mövsümünün birinci yarısını “Legiya”da keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO