Basketbol üzrə Azərbaycan yığmasının dünya reytinqindəki mövqeyi AÇIQLANDI 

Basketbol üzrə Azərbaycan yığmasının dünya reytinqindəki mövqeyi AÇIQLANDI 

Hazırda oxunan: Basketbol üzrə Azərbaycan yığmasının dünya reytinqindəki mövqeyi AÇIQLANDI 
95845
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kişi basketbolçular arasında milli komandaların FİBA reytinqi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, cədvəldə dünyanın 164 komandası yer alıb.

Azərbaycan milli komandası 13 aylıq fasilədən sonra siyahıya qayıdıb.

Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib. Aleksandar Trifunoviçin yetirmələri Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb. 

Aktivində 78,5 xal olan millimiz dünyanın 113-cü komandasıdır. Yığmamız Avropa ölkələri arasında 45-cidir. 

Qeyd edək ki, cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO