UEFA yeni turnir yaratmağa hazırlaşır

UEFA yeni turnir yaratmağa hazırlaşır

Hazırda oxunan: UEFA yeni turnir yaratmağa hazırlaşır
95116
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA avrokubokların qaliblərinin və MLS (ABŞ çempionatı) klublarının iştirak edəcəyi yeni turnir yaratmaq istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası qaliblərinin oynayacağı Avropa Superkubokunu əvəz edəcək yeni turnirin yaradılması ideyasını nəzərdən keçirir. Hazırda yeni turnirin təşkili ilə bağlı danışıqlar aparılır. 

Yeni turnirdə dörd yarışın iştirakçılarının - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibləri, həmçinin MLS-in qalibi olan komandanın olacağı planlaşdırılır.
UEFA Amerika bazarını futbolun inkişafı üçün son dərəcə perspektivli istiqamət hesab edir.

Qeyd edək ki, aha əvvəl Çempionlar Liqasının bəzi oyunlarının Avropadan kənarda - Çində, ABŞ-da və ya Yaxın Şərqdə keçirilə biləcəyi bildirilirdi. Bu ideyanı PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi dəstəkləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO