
- A-
- A
- A+
İdman
22:58 / 22.08.2015
2 dəq oxunma
Mahir Qurbanov: ”x9dKikboksinq idman növü öz populyarlığı ilə seçilir”x9d
Hazırda oxunan: Mahir Qurbanov: ”x9dKikboksinq idman növü öz populyarlığı ilə seçilir”x9d
91797
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cari ilin avqust ayının 22-dən 30-dək İspaniyanın San-Sebastian şəhərində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa çempionatı keçirilir. Bu idman yarışının əsas təşkilatçısı İspaniya ”“ Azərbaycan Ticarət Assosiasiyasıdır (A.C.A.E).
Bu mötəbər tədbirlə əlaqədar İspaniya ”“ Azərbaycan Ticarət Assosiasiyasının vitse ”“ prezidenti Mahir Qurbanov müsahibimizdir.
-Mahir müəllim, San-Sebastian şəhərində keçiriləcək yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa çempionatı haqqında bizə bir qədər məlumat verin.
-Bu mötəbər tədbirdə Avropa ölkələrindən çoxsaylı idmançılar öz güclərini sınayacaqlar. Qeyd edim ki, qeyri-olimpiya idman növləri içərisində kikboksinq idman növü öz populyarlığı ilə seçilir. Belə ki, Avropa ölkələri bu yarışa çox ciddi hazırlaşırlar. Bununla yanaşı, Azərbaycan idmançıları da milli komanda olaraq bütün güclərini qalib gəlmək üçün sərf edəcəklər. Bu işdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevin böyük zəhmətini qeyd etmək lazımdır. Biz inanırıq ki, idmançılarımız bu yarışdan böyük uğurla qayıdacaqlar.
-Bildiyimizə görə vitse-prezidenti olduğunuz İspaniya ”“ Azərbaycan Ticarət Assosiasiyası bu çempionatın əsas təşkilatçısıdır. Bu barədə nə deyə bilərsiniz?
-Bəli, İspaniya ”“ Azərbaycan Ticarət Assosiasiyası olaraq belə bir yarışın baş təşkilatçısı olmaq bizim üçün nə qədər məsuliyyətlidirsə, bir o qədər də qürurvericidir. Belə ki, qurumun apardığı işlər nəyin ki, iki dövlət arasında mövcud olan iqtisadi, ticari,mədəniyyət əlaqələrinin gücləndirilməsinə və genişləndirilməsinə təkan verməkdir, eyni zamanda bu idman yarışına dəstək olmaqla ilk Avropa Oyunlarından sonra Azərbaycanın dünyada formalaşan idman ölkəsi imicinin möhkəmlənməsinə öz töhfəmizi verməkdən ibarətdir. Həmçinin, məqsədlərimizdən biri də bu çempionatda iştirak edəcək milli komandamıza bir təşkilatçı olaraq maksimum dərəcədə dəstək verməkdən ibarətdir.
Elnur Eltürk
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































