Ruslan Abışov “Qəbələ”x9ddən kənarlaşdırıldı

Ruslan Abışov “Qəbələ”x9ddən kənarlaşdırıldı

Hazırda oxunan: Ruslan Abışov “Qəbələ”x9ddən kənarlaşdırıldı

82266
Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov “Qəbələ”x9dyə lazım olmayıb. Moderator.az apasport.az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar”x9dla müqaviləsi başa çatan müdafiəçi ilə yeni anlaşma imzalanmayıb. 


Ötən mövsüm əyalət təmsilçisi ilə Premyer Liqanın bürünc mükafatını qazanan Abışovun “Qəbələ”x9ddə qalacağı gözlənilsə də, komandadakı durumundan narazı qalan futbolçu özünə yeni komanda axtarmağa qərar verib.

Belə ki, millinin düşərgəsində olduğu üçün əyalət klubunun Türkiyə toplanışında iştirak etməyən müdafiəçinin mövqeyinə yeni, daha güclü oyunçuların transfer olunması Ruslan üçün əsas heyətdə yerini itirmək təhlükəsi yaradıb.

Onu güclü rəqabətin gözlədiyini, ehtiyatda qalmaq ehtimalının artmasını görən müdafiəçi “qırmızı-qaralar”x9dın baş məşqçi Roman Qriqorçukla söhbət edib, “11-lik”x9ddə yerinin daimi olması ilə bağlı təminat istəyib. Daha güclü və iddialı komanda qurmaq istəyən mütəxəssisdən belə təminat almaması isə Abışovu qane etməyib.

Bir müddət əvvəl “Neftçi”x9dnin də maraq dairəsinə düşən arxa xətt oyunçusunun sabiq komandasına qayıdışı inandırıcı görünmür. Hər halda, maliyyə problemi ilə üzləşən paytaxt təmsilçisi yüksək ödənişli futbolçu transfer etmək fikrində deyil.

Abışıovun yenidən “Xəzər Lənkəran”x9da qayıdacağı bildirilsə də, cənub təmsilçisinin transfer siyahısında olsa belə, onun növbəti mövsümdə “ağ-yaşıl”x9d formanı geyinmək şansı çox azdı.

Qeyd edək ki, Abışov 2014/15 mövsümündə “Qəbələ”x9dnin şərəfini qoruyub. O, bu komandanın heyətində 27 çempionat matçında 4 qol vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO