Elvin Mürsəliyev Azərbaycana 6-cı qızıl medalı qazandırdı

Elvin Mürsəliyev Azərbaycana 6-cı qızıl medalı qazandırdı

Hazırda oxunan: Elvin Mürsəliyev Azərbaycana 6-cı qızıl medalı qazandırdı

81573
Yunan-Roma üzrə Azərbaycan millisinin üzvü Elvin Mürsəliyev (75 kq) Bakı-2015 I Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.
 
Moderator.az saytının məlumatına görə, yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib - 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2:2. Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb - 4:2.
 
Pəhləvanımız yarımfinalda cətinliklə üzləşib. Lakin o, Gürcüstan təmsilçisi Zurab Datunaşvili ilə görüşdə 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq sayəsində qalib gəlib - 3:2. Elvin finalda serbiyalı Viktor Nemeslə qarşılaşıb. Görüş Mürsəliyev üçün elə çətin keçməyib. Güləşçimiz 5:1 hesabı ilə qalib gələrək yığmamıza 6-cı qızıl medalı qazandırıb. Bu isə ümumilikdə 12-ci mükafatımız olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO