İdmançımız Avropa çempionu oldu

İdmançımız Avropa çempionu oldu

Hazırda oxunan: İdmançımız Avropa çempionu oldu
78008
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı keçirilib. 

Bizim.Media xəbər verir ki, qitə çempionatında idmançılarımız uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. 

Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib. İdmançımız komanda yoldaşı Hüseyn Abbasovla (48.420 xal) birgə sinxron cütlüklər yarışında da hamıdan güclü olduğunu sübuta yetirib.

Tamblinq üzrə yarışlarda fərdi növdə çıxış edən yığmamızın üzvü Mixail Malkin  böyüklər arasında gümüş medal qazanıb.

Bu növ üzrə komanda yarışlarında isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) bürünc medala sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO