
- A-
- A
- A+
İdman
13:30 / 17.05.2022
1 dəq oxunma
Messi haqda YENİ İDDİA - Öz klubunda oynayacaq
Hazırda oxunan: Messi haqda YENİ İDDİA - Öz klubunda oynayacaq
74775
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
PSJ-nin hücumçusu Lionel Messi 2023-cü ilin yayında MLS-in "İnter Mayami" klubuna keçəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Bildirilib ki, 34 yaşlı futbolçu həm də klubun səhmdarlarından birinə çevriləcək və klubun səhmlərinin 35 faizini alacaq. Hücumçu gələn mövsümü isə Paris klubunda keçirəcək.
Qeyd edək ki, Messi 2021-ci ilin yayında PSJ-yə keçib. Bu mövsüm argentinalı futbolçu bütün yarışlarda 33 matçda 11 qol vurub və 13 qolun ötürməsini verib. Tərəflər arasında müqavilənin müddəti gələn mövsümün sonunda başa çatır. Paris klubuna qədər Messi təkcə "Barselona"da oynayıb.
Xatırladaq ki, "İnter Mayami"nin hazırkı sahibi İngiltərə millisinin sabiq üzvü Devid Bekhemdir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































