Komanda yoldaşlarına güldü, klubdan qovuldu

Komanda yoldaşlarına güldü, klubdan qovuldu

Hazırda oxunan: Komanda yoldaşlarına güldü, klubdan qovuldu
73609
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Lion"un sabiq futbolçusu Marselo ilə müqaviləni ləğv etməsinin təfərrüatları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, ötən ilin avqustun 15-də Fransa Liqa 1-in 2-ci turunda "Anje"yə 0:3 hesab ilə uduzulan oyundan sonra braziliyalı müdafiəçi ilə müqaviləyə xitam verilib. O, qış transfer pəncərəsində "Bordo"ya keçib. 

Fransa mətbuatı yazır ki, Marselo "Lion"un paltardəyişmə otağında ab-havanı korladığı üçün klubdan qovulub. O, sözügedən görüşdə avtoqol vurmasına baxmayaraq, komanda yoldaşlarına gülüb.

Futbolçunun bu hərəkəti klub rəhbərliyini qəzəbləndirib və oyunçu ilə müqavilə ləğv olunub.

Qeyd edək ki, daha əvvəl Marselonun "Anje" ilə görüşdən sonra komandanın kapitanı Leo Dyubuaya güldüyü barədə xəbərlər yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO